Dövlət gerbi - bayraqların, pul nişanının möhür və bəzi digər rəsmi sənəd-lərin üzərində təsvir olunmuş dövlətin rəsmi emblemi.
I. Azərbaycan Respublikasının Dövlət rəmzləri - Azərbaycan Respublikasının Dövlət bayrağı - Azərbaycan Respub-likasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxan zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz tesvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ile müəyyən edilir.