0 səs
242 baxış

Dövlət Duması nədir?

1 cavab var:

0 səs
 

Dövlət Duması - I) Rusiya imperi-yasında 1906-1917-ci illərdə məhdud qanunvericilik hüquqlarına malik olan, qanun tərtib edən nümayəndəlik təsisatı. 1905-ci il 17 oktyabr Manifesti ilə təsis edilmişdir. Seçkilər kurial sistem üzrə aparılırdı, qeyri-bərabər və dolayı olurdu. Deputatlar seçicilərə hesabat vermirdilər, lakin hökumət funksiyalarını yerinə yetirən Senat tərəfindən deputatlıqdan konarlaşdırıla bilərdilər. Dövlət Duması Rusiya imperiyasının əsas dövlət qanunlarını (1906-cı il Konstitusiyasını) dəyişmək hüququna malik deyildi, onun qərarlarını Dövlət Şurası ləğv edə bilərdi.

İmperator yalnız onun özü qarşısında məsuliyyət daşıyan hökumət vasitəsilə ölkəni idarə etmək üçün tam hakimiyyəti əlində saxlayırdı. Dumanı vaxtından əvvəl buraxmaq hüququna malik idi: birinci (1906) və ikinci (1907) Dövlət Duması müxalifət tərkibli olduğuna görə bura-xılmışdı, dördüncü (1912-1917) fasilə etmək üçün buraxılmışdı. Sonuncu Dumanın deputatları müəssisələr məclisinə seçkilərə hazırlığa görə 1917-ci ilin oktyabrında Müvəqqəti hökumətin qərarı ilə Dumanın özü ilə birlikdə buraxılmış Müvəqqəti komitə yaratmışlar.

2) RF parlamentinin - Federal Məclisin aşağı palatası 450 deputatdan ibarətdir: onların yarısı partiya siyahıları əsasında (proporsional seçki sistemi üzrə), yarısı isə birmandatlı seçki dairələri üzrə (nisbi çoxluq majoritar seçki sistemi üzrə) seçilirlər. Dövlət Duması dörd il müddətinə seçilir. 21 yaşa çatmış hər bir vətəndaş Dövlət Duması deputat seçilə bilər. Dövlət Duması səlahiyyətlərinə federal qanunla- im qəbul olunması, eləcə də RF hökumətinin formalaşmasında iştirak və onun fəaliyyətinə nəzarət daxildir. Bu səlahiyyətlərdən əlavə RF Konstitusiyasına müvafiq olaraq Dövlət Dumasına aşağıdakı səlahiyyətlər daxildir. RF Mər-kəzi Bankı sədrini, RF Hesablama Palatası sodnni və onun auditorlarının tərkibinin yarısını, İnsan Hüquqları üzrə müvəkkili vəzifəyə təyin etmək və vəzifədən azad etmək, amnistiyanı elan etmək, RF Prezidentini vəzifədən kənarlaşdırmaq üçün ona qarşı ittiham irəli sürmək, RF-nin bağladığı beynəlxalq müqavilələrini ratifikasiya, yaxud denonsasiya etmək, müharibə və sülh məsələləri. RF Prezidentinin RF hökumətinin sədri vəzifəsinə təqdim etdiyi namizəd üç dəfə Dövlət Duması tərəfindən rədd edilorsə və ya RF hökumətinə üç ay müddətində təkrar etimadsızlıq göstərilərsə. Prezident Dövlət Dumasını buraxa bilər. 

Dövlət Duması buraxıldığı halda Prezident seçkilər gününü təyin edir ki, yeni seçiləcək Dövlət Duması buraxıldığı vaxtdan dörd aydan gec olmayaraq toplaşa bilsin.

Oxşar suallar

+3 səs
1 cavab
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 16 Fevralda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
2 cavab
soruşub 20 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 17 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...