0 səs
186 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Dövlət başçısı kimdir?

1 cavab var:

0 səs
 

Dövlət başçısı - dövlətin ali nüma-yəndəsi, bir qayda olaraq, icra hakimiyyətinin təmsilçisi hesab olunan ali vəzifəli şəxs. Parlamcntli monarxiyalarda (Böyük Britaniya, İsveç, İspaniya, Yaponiya) Dövlət başçısı monarxdır (kral, imperator). Bir qayda olaraq onun hakimiyyəti nesilliklə hökmdarlıq edən evin bir nümayəndəsindən digərinə qanunla müəyyən olunmuş qaydada ötürülür. Respublika idarəetmə forması olan ölkələrdə Dövlət başçısıya bilavasitə əhali tərə-findən (RF, Meksika, Azərbaycan), ya dolayı yol ilə (ABŞ, Argentina), ya da çoxpilləli seçkilərdə (İtaliya, AFR, | Hindistan) seçilən prezidentdir. Dünyanın demək olar ki, bütün dövlətlərində fərqli Dövlət başçısı mövcuddur, prezident respub-likalarında (ABŞ, Meksika) o, eyni za-manda icra hakimiyyətinin başçısıdır.

Demək olar bütün konstitusiyalar formal olaraq Dövlət başçısına geniş səlahiyyətlər verir hökumət başçısının və nazirlərin tein olunması; silahlı qüvvələrin ali baş komandanlığı, əfvetme hüququ; dövlət fərqləndirmə nişanları (ordenlər, medallar və s.) ilə təltif olunma; qanunverici orqanların qərarlarına veto qoyulması; parlamenti çağırmaq və buraxmaq hüququ (adətən aşağı palatanın, əgər belə səlahiyyəti Konstitusiya ilə nəzərdə tutulubsa); qanunverici təşəbbüskarlığı hüququ; növbəti seçkiləri elan etmək hüququ; qanunverici aktları (fərmanları) nəşr etmək hüququ; dövlətin adından çıxış etmək, həmçinin beynəlxalq müna-sibətlərdə yüksək səviyyədə dövlətin təmsilçiliyini həyata keçirmək; öz ölkəsi adından beynəlxalq müqavilələri imzalamaq və s. Dövlət başçısı fövqəladə vəziyyətlərdə xüsusən geniş səlahiyyətlər alır (bunlar adətən ölkənin ali qanunverici aktlarında qeyd olunur). Parlamentli dövlətlərdə Dövlət başçısının bütün səlahiyyətləri faktiki olaraq onun adından hökumət tərəfindən həyata keçirilir.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
0 səs
0 cavab
soruşub 19 Sentyabrda, 21 anonim
+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 16 Fevralda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...