0 səs
165 baxış

Dövlət nədir?

1 cavab var:

0 səs
 

Dövlət - siyasi sistemin mərkəzi institutu, cəmiyyətdə suverenliyə, qanuniləşdirilmiş zorakılığın tətbiqinə, inhisara malik olan və xüsusi mexanizmin (aparatın) köməyi ile cəmiyyətin ida- rəolunmasını həyata keçirən siyasi hakimiyyətin xüsusi təşkili forması.

Dövlət termini məhdud və geniş menada işlənir: 1) məhdud mənada - hökmranlıq institutu, dövlət hakimiyyətinin daşıyıcısı kimi işlənir; "cəmiyyətə" qarşıdır; 2) geniş mənada - dövlət şəklində formalaşmış vətəndaşların ittifaqı kimi, icma kimi işlənir; o burada bütövdür. “Dövlət” (məhdud mənada) “cəmiyyəti” əhatə edir.

Antik fikir ictimai və dövlət heyatının bölgüsünü bilmirdi, ona bütün vətəndaşların “ümumi işlərini” həll etmək üsulu kimi baxırdı. Orta əsrlər Dövlət ilahi mahiyyətə malik olduğunu vurğulamaqla kifayətlənirdi. Dövlət - siyasi sahəsinin xüsusi olaraq fərqləndirilməsi Yeni dövrdən başlanır XVI- XVII əsrlərdən başlayaraq “Dövlət” termini bütün dövlət qurumlarını ifadə etməyə başlayır, həmin vaxta qədər Dövləti "knyaz hökmranlığı”, “şəhər icması”, "respublika" və s. adlandırırdılar. Dövlət anlayışına əlavələr olunması xidməti N.Makiavel- liyo aiddir. O, "respublika" və “tokha- kimiyyolin idarəsi” anlayışlarını birləşdirmişdir. Əvvəlcə Dövlət termini İspaniyada (estado), Fransada (stado), bir qədər sonra isə Almaniyada (Staat) işlənir. Həmin vaxtdan etibarən “Dövlət" və "vətəndaş cəmiyyəti” anlayışları fərqlənməyə başlayır. XVIII əsrdə Avropada millət-dövlət anlayışının təşəkkülü başa çatdıqdan sonra o ümumiyyətlə, siyasi birlik kimi geniş mənada respublika anlayışını hər yerdən və qətiyyətlə sıxışdırır.

Hakimiyyət və şəxsiyyət arasında qarşılıqlı münasibətin xüsusiyyətlərindən, dövlət quruluşunda rasionallığın, insanın hüquq və azadlıqları prinsiplərinin təcəssümündən asılı olaraq, siyasi elmdə Dövlət aşağıdakı tipləri qeyd olunur: ənənəvi (kortəbii şəkildə yaranır və təəbələr üzərində qeyri-məhdud hakimiyyətə malikdir) və konstitusiyalı (hakimiyyət hüquqla məhdudlaşır və hakimiyyətlərin bölgüsü prinsiplərinə əsaslanır).

Dövlət mühüm konstitusiya əlamətləri əra-zi, əhali (xalq) və suveren hakimiyyətdir.

Dövlət əlamətlərindən biri olan ərazi bölünməzdir, toxunulmazdır, müstəsna və vacibdir, yadlara verilə bilməz. Xalq Dövlət, elementi kimi həmin Dövlət ərazisində yaşayan və onun hakimiyyətinə tabe olan insan birliyidir. Dövlət hakimiyyəti suverendir, yəni ölkənin daxilində üstünlüyə və digər dövlətlərlə münasibətlərdə müstəqilliyə malikdir. Dövlət hakimiyyəti suveren olmaqla, binnci. universal olub, bütün əhaliyə vo bütün ictimai təşkilatlara yayılır; ikincisi, bütün digər ictimai hakimiyyətlərin hər hansı təzahürlərini ləğv etməyə qadirdir; üçüncüsü, son dəracə təsir vasitələri var. ondan başqa lıcç kim bu təsirctmo vasitələrinə malik deyil (ordu, polis, həbsxana və s.).

Dövlət bır sıra funksiyaları yerinə yetirir, onlar onu digər siyasi institutlardan fərqləndirir Funksiyalar Dövlətin öz məqsədini yerinə yetirmək üzrə fəaliyyətində başlıca istiqamətləri əks etdirirlər. İqtisadi, sosial təşkilatçılıq, hüquqi, siyasi, təhsil, mədəni-tərbiyəvi və digər funksiya Dövlətin daxili funksiyalarına aiddir Xarici funksiyalar arasında digər dövlətlərlə qarşılıqlı əməkdaşlıq edilən iqtisadi, siyasi, mədəni və s. sahələrdə ölkənin müdafiə funksiyasını da qeyd etmək olar.

Oxşar suallar

+3 səs
1 cavab
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 16 Fevralda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
2 cavab
soruşub 20 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 17 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...