0 гол-в
2,674 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Deviant davranış nədir?

1 Ответ

0 гол-в
от
 
Лучший ответ

Deviant davranış (lat. deviatio kənara çıxma) - I) insanın mövcud cəmiyyətdə rəsmən qəbul olunmuş, yaxud faktiki olaraq təşəkkül tapmış normalara uyğun gəlməyən hərəkəti və əməlləri; 2) mövcud cəmiyyətdə rəsmi müəyyən olunmuş, yaxud faktiki təşəkkül tapmış normalara uyğun olmayan kütləvi fəaliyyət formalarında ifadə olunan sosial hadisə.

Sosial kənara çıxmaların cəmiyyət üçün müxtəlif əhəmiyyəti ola bilər. Pozitiv (sosial, elmi, texniki, bədii, sosial-siyasi yaradıcılıq, iqtisadi təşəbbüskarlıq və s.) kənara çıxmalar sistemin mütərəqqi inkişafı, onun mütəşok- killiyi səviyyəsinin yüksəldilməsi, köhnəlmiş, mühafizəkar, yaxud mürtəce davranış standartlarının aradan qaldırılması vasitəsi kimi çıxış edir. Neqativlər isə disfunksionaldır, bəzən onun əsas-larını dağıtmaqla sistemi pozur. Bu - cinayətkarlıq, alkoqolizm, narkomaniya və s. kimi sosial patologiyadır.

Əksər hallarda (o vaxt ki, deviasiya uzun zaman ərzində müşahidə olunur), o təkcə ayrı-ayrı şəxslər üçün səciyyəvi olmur. Belə nümunə əsas prinsipləri “qaydaların pozulmasını" həvəsləndirən yeni submədeniyyetin yaradılmasına gətirib çıxara bilər.

Eyni davranış növü müxtəlif mədəniyyətlərdə və müxtəlif vaxtlarda deviant kimi qəbul oluna bilər. Məsələn, intihara münasibət: Şərqdə buna icazə verilirdi - Çində düşmənə qarşı qisas kimi, Yaponiyada xarakiri, düşməndən qaçmaq kimi, Avropa və Amerikada - xristian və iudaizm dinləri bu hadisəyə mənfi yanaşır, özü də ABŞ-da 1951-ci ilədək intihar bir sıra ştatlarda cinayət kimi qiymətləndirilirdi, sonra bu cinayət qanunvericiliyindən çıxarılmışdır.

Deviant davranış problemlərinin nəzəri cəhətdən öyrənilməsinin əsasını E.Dürgcym qoymuşdur (“İntihar", 1897). İntiharların müəyyən sosial qruplara mənsubiyyətlə əlaqəsini izləyərək, Dürgeym intiharların sayının cəmiyyətin (qrupun) nor-mativ dəyərlər baxımından inteqrasiyası dərəcəsindən asılılığını müəyyən edir.

Deviant davranışın osas konscpsiyalannda bu hadisənin sobobleri ve mahiyyolino baxılır.

Bioloji konsepsiyalar Deviant davranışı genetik şortlənon hadisə kimi izah edir. İtalyan psixiatrı Ç.Lombrozo öz tədqiqatlarında əsas diqqoti insanların fiziki çatışmazlıqlarında cəmləşdirir, iddia edir ki, cinayətkarlıq özünün təbiətinə görə irsidir. Bu istiqamətə həmçinin deviant davranışın insanın fiziki tipi ilə əlaqəsini qeyd edən U.Şeldonun baxışlarını da aid etmək olar. Onun fikrincə, deviasi- yaya daha çox mezomorf tipli (ağır, muskullu, atletik) insan meyillidir.

Sosioloji konsepsiyalar arasında aşağıdakıları göstərmək olar: ştamplar (yar- lıklar) nəzəriyyəsinin mahiyyətini belə ifadə etmək olar: insanı kənara çıxan adlandır və o, belə olar (Q.Bckkcr, T.Sas, E.Hoflman); R.Mcrton tərəfindən yaradılan anomiya nəzəriyyəsi hesab edirdi ki, Deviant davranışın səbəbi mədəni məqsədlərin və onların nail olunması vasitələrinin dezinteqrasiyasıdır və deviantlann bir neçə tipini fərqləndirir: innovatorçu; merasimçi, petritist (dönük), üsyankar (qiyamçı); öyrənmə nəzəriyyəsi tərəfdarları hesab edirlər ki, normal halda insan qrup normalarını mənimsəməlidir, deviant isə lazım olanı mənimsəmir, həmin qrupa nə lazım deyilsə, onu mənimsəyir (A.Kom).

Похожие вопросы

+2 гол-в
3 ответов
спросил 18 Окт от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+1 голос
2 ответов
спросил 18 Окт от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+1 голос
1 ответ
спросил 17 Окт от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+1 голос
2 ответов
спросил 17 Окт от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+1 голос
4 ответов
спросил 17 Окт от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...