Demokratik sosializm - sosial- demokratik hərəkatın ideya-siyasi doktrinası. “Demokratik sosializm" termini ilk dəfə 1888-ci ildə D.B.Şou tərəfindən istifadə olunmuşdur. 1945- ci ildən başlayaraq sosial-demokratiyanın rəsmi konsepsiyasıdır. Onun əsas xüsusiyyətləri Sosialist İnternasionalının Frankfurt Bəyannaməsində öz əksini tapmışdır (1951). Demokratik sosializm həm uzunmüddətli ictimai dəyişikliklər prosesi, həm gələcəyin cəmiyyəti, həm də müasir şəraitdə sosial-demokratların fəaliyyət prinsipi kimi izah edilir. Demokratik sosializm cəmiyyətinin təşəkkülü mərhələləri siyasi demokratiyanın həyata keçirilməsi, iqtisadı demokratiyanın tətbiqi, "rifah dövlətinin” (sosial dövlətin) yaradılması və sosial-demokratiyanın qurulması kimi götürülür. Demokratik sosializmin təşəkkülü prosesində prinsipial hədəf isə azadlıq, bərabərlik, ədalət, həmrəylikdir.