0 səs
82 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Demokratikləşmənin “üçüncü dal-ğası”  nədir?

1 cavab var:

0 səs
 

Demokratikləşmənin “üçüncü dal-ğası” son illər politologiyada yayılmış demokratikləşmə dalğaları nəzəriyyəsi. Həmin nəzəriyyəyə görə müasir demokratik idarəçilik təsisatlarının bərqərar olması üç mərhələdə baş vermişdir, özü də hər bır mərhələdə bu proses müxtəlif ölkə qruplarını əhatə edir, demokratiyanın arealının genişlənməsinin ardınca onun bir qədər kiçilmesi gəlir. S.Hantinqton özünün “Üçüncü dalğa. XX əsrin sonunda demokratikləşmə” adlı kitabında (1991) aşağıdakı dövrləşdirməni verir; dalğanın birinci yüksəlişi (1828-1926), birinci enməsi (1922-1942), ikinci yüksəliş (1943- 1962), ikinci enmə (1958-1975), üçüncü yüksəliş (1974-?).

Demokratikləşmənin “üçüncü dal-ğası” konsepsiyası aşağıdakı əsas müddəalara əsaslanır: 1) demokratiyaya keçid müxtəlif ölkələrdə qlobal proses kimi izah edilir, yəni müxtəlif keçid prosesləri və demokratikləşmə formaları arasında təkcə ümumi nəyisə qeyd elmək olar, həm de onlara dünya siyasi hərəkatının xüsusi hallan kimi baxmaq olar, 2) demokratiya bir dəyər kimi təhlil edilir, onun qurulması hər hansı praqmatik məqsədlərlə əlaqələndirilmir; 3) demokratik qaydanın mümkün forma- lannm çoxluğu ideyası qeyd olunur (bir- birinə oxşamayan, bəzən bir-birinə zidd məqsədlər güdən müxtəlif, bir- birindən və dövlətdən asılı olmayan muxtar assosiasiyalann mövcudluğunun tanınması ve dəstəklənməsi); 4) XX əsrin sonunda baş verən demokratikləşmə ilə dünyada siyasi dəyişikliklər prosesi qurtarmır, demokratiyanın tarixi başa çatmır; bu mənada “üçüncü dalğa” konsepsiyası demokratik prosesin sinusoidal xarakter daşımasının, yəni onun istiqamətinin dəyişdirilə bilməsinin - geriyə dönməsinin, eləcə də “dördüncü dalğanın" mümkünlüyünə əsaslanır.

Müasir dünyada demokratik deyərlərin yayılması kifayət qədər sabit xarakter almışdır. 1974-cü ildə Portuqaliyada Salazar rejiminin süqutundan sonra demokratik dalğa Avropanın cənubuna - İspaniyaya, Yunanıstana, sonra isə Latın Amerikası ölkələrinə və Şərqi Asiyanın bir sıra ölkələrinə yayıldı. 1990-cı illərin başlanğıcı üçün isə SSRİ-nin sərhədlərinə lap yaxınlaşdı və beləliklə de Mərkəzi və Şərqi Avropada “məxməri inqilabları" və SSRİ-nin dağılmasım şərtləndirdi. Tədqiqatçılar hesab edirlər ki, üçüncü demokratik dalğanın postavtoritar ve posttotalitar transformasiyaları elitadaxili demokratiyanın nəticəsi olmuşdur. Başqa sözlə, ötən əsrin 60-cı illərinin ortalarındakı demokratiyalardan fərqli olaraq, yeni demokratiya ölkələrindən heç biri yeni qaydaya hərbi məğlu-biyyətlər nəticəsində keçməmişdir.

Elmi ədəbiyyat Azərbaycanda demokratiyanın inkişafının bir neçə modelim nəzərdən keçirir: mümkün olanlar (dövlətçiliyin tarixi ssenarisinin yaxşı və ya pis inkişaf edəcəyi təqdirdə); məqbul sayılanlar (dövrün tranzitarlığı nəzərə alınmaqla) və gözlənilməyənlər (anarxist qüvvələrin hakimiyyətə gəlmək səyləri baş verdiyi təqdirdə). Təbii ki, bütün bu modellər mehz heç do ideal olmadığına və universal model kimi tətbiq edilə bilmədiyinə görə Azərbaycanın strateji inkişafında başlıca rola iddia etmirlər. Lakin, şübhəsiz ki, onların ınəqbulluğu və milli mentalitetə uyğunluğu müəyyən modelin bu mühitdə davam gətirməsi üçün çox vacibdir. Ancaq hər şeyi son nəticədə zaman və xalqın siyasi yetkinliyi həll edir. Bununla əlaqədar bəzi politoloqlar təklif olunan modellərdən Azərbaycan üçün daha məqbulu birinci modelin olacağı barədə fikir söyləyirlər.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 18 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
0 səs
1 cavab
soruşub 24 Oktyabrda, 19 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
0 səs
3 cavab
soruşub 25 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
0 səs
1 cavab
soruşub 18 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
0 səs
1 cavab
soruşub 18 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...