+1 səs
109 baxış

Yer və günəş sistemi necə əmələ gəlir?

1 cavab var:

0 səs
 

"Yer necə əmələ gəlir?" - sualı insanları min illərdir ki, düşündürür. Kainat haqqında biliklərin səviyyəsindən asılı olaraq, bu suala müxtəlif cavablar verilib, ilk biliklər müstəvi dünyanın əmələ gəlməsi haqqındakı əfsanələrdən ibarət idi. Sonralar yaranan elmi nəzəriyyələrdə isə Yer, kainatın mərkəzində kürə şəklini aldı.

Növbəti addım, Yeri Günəş ətrafında fırlanan sıravi planet səviyyəsinə endirən Kopernikin inqilabi nəzəriyyəsi oldu. Nikolay Kopernik "dünyanın əmələgəlmə" probleminin elmi həlli yolunu kəşf etməsinə baxmayaraq, indiyədək bu problem sona qədər həll olunmamışdır.

Günəş sisteminin yaranması, Yerlə Günəş arasında "qohumluq" əlaqələri haqqındakı müxtəlif fərziyyələrin şərhi bütün planetlərin vahid materiyadan yaranmasına gətirib çıxarır. Sonradan onların hər birinin taleyi özünəməxsus olmuşdur. Yer özünün müasir vəziyyətini alana qədər 5 mlrd il uzunluqda bir məsafə keçmişdir. Öz ölçüsünə və çəkisinə görə planetlər sırasında orta vəziyyət alan Yer gələcək həyatın yaranması üçün nadir xüsusiyyətlərə malik idi. Uçan qazlardan (hidrogen və helium) azad olan Yer digər qazları cəlb edərək hava ekranı yaratdı. Bu ekran Yeri məhvedici kosmik şüalardan və atmosferin üst qatlarında hər saniyə alışan sonsuz meteoritlərdən qorudu. Eyni zamanda atmosfer həyat üçün əhəmiyyətli olan günəş şüalarını Yerə ötürmək qabiliyyətinə də malik oldu.

Yerin hava təbəqəsini vulkan püskürmələri zamanı ayrılmış qazlar əmələ gətirdi. Bütün suların da mənşəyi belədir: okeanlar, çaylar, buzlaqlar da nə vaxtsa Yerin dərin qatlarında cəmlənmişdi.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 06 Yanvarda anonim Elm, Təhsil, Dillər bölməsində
+1 səs
1 cavab
soruşub 12 Oktyabrda, 19 anonim
+1 səs
1 cavab
soruşub 11 Oktyabrda, 19 anonim
+1 səs
1 cavab
soruşub 06 Yanvarda anonim Elm, Təhsil, Dillər bölməsində
+1 səs
1 cavab
soruşub 06 Yanvarda anonim Elm, Təhsil, Dillər bölməsində
...