+1 səs
313 baxış

Antarktidanı kim və necə kəşf edib?

1 cavab var:

0 səs
 

Altıncı qitəni kəşf etmək şərəfi rus dənizçilərinə qismət oldu. Coğrafi kəşflər tarixinə iki ad həmişəlik yazıldı: Faddey Faddeyeviç Bellinshauzen (1778-1852) və Mixail Petroviç Lazarev (1788-1851).

Bellinshauzen 1778-ci ildə Baltik dənizinin Sarema adasında (hazırda Estoniya ərazisidir) doğulmuş və təhsilini Dəniz kadet məktəbində almışdır. O, uşaq yaşlarından dəniz əngin-liklərini arzulayırdı. 1803-1806-cı illərdə Bellinshauzen, İvan Kruzenşternin rəhbərlik etdiyi "Nadejda" gəmisində birinci rus dünya səyahətində iştirak etdi.

Üç dünya səyahətində iştirak etmiş Lazarev Bellinhauzen-dən on yaş cavan idi. 1827-ci ildə o, Navara dəniz döyüşündə türklərə qarşı vuruşmuş; sonradan 20 il ərzində Qara dəniz donanmasına komandanlıq etmişdi. Lazarevin tələbələri arasında Vladimir Kornilov, Pavel Naximov, Vladimir İsto-min kimi rus donanmasının görkəmli nümayəndələri vardır.

Tale Bellinshauzen və Lazarevi 1819-cu ildə görüşdürdü. Dəniz nazirliyi Cənub yarımkürəsinin yüksək enliklərinə ekspedisiya planlaşdırırdı. İki yaxşı təchiz edilmiş gəmi çətin səfərə çıxmalı idi. "Vostok" gəmisinə Bellinshauzen, "Mirnıy" gəmisinə Lazarev komandanlıq edirdi.

1819-cu il iyulun 16-da ekspedisiya yola düşdü. Onun məqsədi qısaca olaraq belə formalaşdırılmışdı: "Mümkün qədər Antarktida qütbü yaxınlığında kəşflər etmək". Dəniz səyyahları Cənubi Georgi və Sandviç torpağı adalarını (bir zaman Kukun kəşf etdiyi və hazırda Cənubi Sandviç adlanan adalar) tədqiq etməli, mümkün qədər yüksək enliklərə çatıb qütbə yaxınlaşmalı və naməlum torpaqları kəşf etməli idilər. Təlimat çox yüksək "soyuqqanlıqla" yazılmışdı və bunu necə həyata keçirəcəklərini heç kim bilmirdi. Lakin "Vostok" və "Mirnıy" gəmilərinin bəxti gətirdi. Cənubi Georgi adası ətraflı təsvir edildi; müəyyən edildi ki, Sandviç torpağı tək ada olmayıb, bütöv bir arxipelaqdır və Bellinshauzen ən böyük adanı ilk tədqiqatçının şərəfinə Kuk adası adlandırdı. Təlimatın ilk bəndləri yerinə yetirildi.

Artıq üfüq dairəsində sonsuz buzlaq səhralar görünürdü. Gəmilər buz parçalan arasında qərbdən şərqə öz yolunu davam etdirirdi. 1820-ci il yanvarın 27-də onlar Cənub qütb dairəsini keçdi və ertəsi gün Antarktidanın qalın buz səddinə yaxınlaşdı. Yanvarın 28-də Bellinshauzen öz gündəliyində yazırdı: "Cənuba doğru yolumuzu davam etdirərək, biz 69°21'28" enlikdə, 2°14'50" uzunluqda nəhəng ağ buludlara bənzər buz təbəqəsi ilə rastlaşdıq".

Lazarevin gəmisi görmə şəraiti daha aydın olan ərazidə qalmışdı. Kapitan çox qalın, nəzər yetirdikcə uzanan, nəhəng buz təbəqəsini müşahidə edirdi. Bu buz, Antarktidanın buz qalxanının bir hissəsi idi. 1820-ci il yanvarın 28-i Antarktida materikinin kəşfi günü kimi tarixə düşdü. Daha iki dəfə (fevralın 2 və 17-də) "Vostok" və "Mirnıy" Antarktida sahillərinə çox yaxınlaşdı.

Təlimatda "naməlum torpaqların kəşfi" sözləri yazılsa da, müəlliflərdən ən qətiyyətlisi belə, onun bu dərəcədə dəqiq yerinə yetiriləcəyini gözləmirdi.

Cənub yarımkürəsində qış başlayırdı. Şimala üz tutmuş gəmilər Sakit okeanın tropik və mülayim enlikləri sularında üzürdülər. Bir il keçdi. "Vostok" və "Mirnıy" yenidən Antarktidaya istiqamət götürdü. Onlar Cənub qütb dairəsini üç dəfə keçdi.

1821-ci il yanvarın 28-də, tarixi kəşfin ildönümü günü buludsuz və günəşli havada səyyahlar naməlum ada gördülər. Artıq heç bir şübhə qalmamışdı: Antarktida, Bellin-shauzenin öz qeydlərində yazdığı kimi, "nəhəng buz massivi, buz materiki" olmayıb, həqiqi "quru" materikidir.

Rus gəmilərinin səyahəti 751 gün davam etdi və qət edilən yolun uzunluğu 100 min km-ə çatdı. Xəritəyə 29 yeni ada salındı. Bir çox ölkələrin tədqiqatçılarının adları yazılmış Antarktidanın öyrənilməsi və mənimsənilməsi salnaməsi belə başlandı.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...