Daxili siyasət - sosial, milli, iqtisadi, maliyyə, ticarət, cinayət, dini, mədəni və s. sahələrdə kompleks tədbirləri əhatə edən dövlətdaxili fəaliyyət. Daxili siyasət vasitələrinə aşağıdakılar daxildir sosial davranışın reqlamentləşməsi, normaların işlənilməsi və tətbiqi, vergilərin və imtiyazların istifadə edilməsi, məşğulluğun tənzimlənməsi, təhsilin, səhiyyənin, idmanın, tərbiyənin, cinayətlərin qarşısının alınmasının təşkili və s.