“Çəkindirmə və tarazlaşdırma” sistemi - hakimiyyətin bölünməsini özündə əks etdirən sistem. Xüsusi bir model kimi ABŞ-da 200 ildən artıqdır ki, mövcuddur. Bu modelə əsasən hakimiyyətin qollan - qanunvericilik, icra və məhkəmə hakimiyyəti təkcə təşkilatı cəhətdən deyil, həm də fəaliyyət baxımından tam müstəqildirlər. Lakin onlardan hər birinin digəri üzərində nəzarət etmək səlahiyyəti də vardır.