0 səs
196 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Cənubi-Şərqi Asiya Dövlətləri Assosiasiyası nədir?

1 cavab var:

0 səs
 

Cənubi-Şərqi Asiya Dövlətləri Assosiasiyası (Association of South Easl Asian Nations - ASEAN) - regional hökumətlerarası siyasi-iqtisadi təşkilat. Rusiya siyasi leksikasında onun ASEAN kimi işlədilməsi qəbul edilmişdir. 1967-ci ildə İndoneziya, Malayziya, Sinqapur, Tailand vo Filippinin Xarici İşlər nazirlərinin Banqkok müşavirəsi bəyannaməsinə əsasən yaradılmışdır. Sonralar Bruney (1984) vo Vyetnam (1995) da bu təşkilata qoşulmuşdur.

Məqsəd və vəzifələri: onun üzvü olan dövlətlərin əməkdaşlıq və qarşılıqlı yardım əsasında iqtisadi, sosial və mədəni inkişafının sürətləndirilməsi; “ölkələr arasında münasibətlərdə ədalət və qanuniliyə riayət” və BMT Nizamnaməsinin prinsiplərinə tərəfdaşlıq, bağlılıq əsasında regionda sülhün və sabitliyin bərqərar olmasına yardım etmək;

ASEAN-m strukturunda bilavasitə üzv institut ilə yanaşı, partnyorluq institutu da nəzərdə tutulmuşdur. Avstraliya, Avropa İttifaqı, Kanada, Yeni Zelandiya, Koreya Respublikası, ABŞ, Yaponiya, Çin vo Rusiya ilə - ASEAN-nın dialoq və məsləhətləşmələr üzrə partnyorlarıdırlar.

Rəhbər orqanları: üç ildə bir dəfə toplaşan dövlət və hökumət başçıları Konfransı; xarici işlər nazirlərinin hər il olan Sessiyası; həmin mərhələdə ASEAN-da sədrlik edən ölkənin xarici işlər nazirinin vo digər dövlətlərin səfirlərinin daxil olduğu Daimi Komitə; saho nazirlərinin (iqtisadiyyat, təhsil, səhiyyə, energetika, elm vo texnologiya) görüşləri; ASEAN-ın parlamcntlorarası təşkilatı və s.

Assosiasiyanın gündəlik fəaliyyətinə rəhbərliyi tərkibində ölkənin xarici işlər nazirlərinin olduğu Daimi Komitə həyata keçirir. Bu zaman digər dövlətlərin səfirlərinin - bu ölkədə ASEAN üzvlərinin növbəti konfransı keçirilir. ASEAN-ın orqanlarını altı işçi komitə - maliyyə vo bank əməliyyatları üzrə; sənaye xammalı və energetika üzrə; ərzaq üzrə; kənd və meşə təsərrüfatları üzrə; ticarət vo turizm üzrə; nəqliyyat və rabitə üzrə komitələr təşkil edir. ASEAN-da qərarlar konsensus əsa-sında qəbul edilir. Katibliyin yerləşdiyi yer - Cakarta şəhəridir (İndoneziya).

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 26 Yanvarda, 20 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 26 Yanvarda, 20 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
1 cavab
soruşub 26 Yanvarda, 20 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...