0 səs
512 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Cəmiyyətin siyasi sistemi nədir?

2 Cavab

0 səs
 

Cəmiyyətin siyasi sistemi - siyasi hakimiyyətin təşkili və həyata keçirilməsi mexanizmi 1) Dövlət orqanları və ictimai təşkilatların, birliklərin, siyasi-hüquqi normalar və prinsiplərin bülöv və nizamlı məcmusunu təşkil edir; 2) siyasətin sistemli analizinin vasitəsi olan, çərçivəsində istənilən siyasi birləşməyə, məs., partiyaya, spesifik sistem kimi baxılan nəzəri konstruksiya.

Cəmiyyətin siyasi sistemi nəzəriyyəsi XX ə. 50-ci illə-rinin ortalarından Amerika politoloqları tərəfindən fəal işlənilir. Bu nəzəriyyənin əsasları D. İston tərəfindən qoyulmuşdur. O, özünün “Siyasi sistem” (1953), “Siyasi həyatın sistemli analizi" (1965) adlı əsərlərində S.s. xarici mühitdən daxil olan impuls-komandalara fəal reaksiya verən, özü inkişaf edən və özü tənzimlənən orqanizm kimi nəzərdən keçirir.

Müasir siyasi elmdə Cəmiyyətin siyasi sistemi funksiyaları haqqında da məsələ ətraflı işlənmişdir. Belə ki, Q. Almond informasiyanın “daxil edilməsi”, “giriş" və “çıxış" funksiyalarını təhlil edərək Cəmiyyətin siyasi sistemi çoxfunksiyalılığını qeyd edir. Birincilərə o, siyasi sosiallaşma, kütlələrin səfərbər edilməsi, onların maraqlanntn artikulyasiyası (ifadəsi) və aqrcqasiyası (ümumiləşdirilməsi və inteqrasiyası), siyasi kommunikasiya funksiyalarını aid edir; ikincilərə - qanunvericilik normalarının işlənilməsini (qanunvericilik fəaliyyəti), onlann təcrübədə tətbiqini və onlann icrasına nəzarəti. D.İston və C.Paucll hesab edirlər ki, Cəmiyyətin siyasi sistemi aşağıdakı funksiyalara malikdir: tənzimləyici, ekstraksion (sefərbərcdici), distributiv (bölüşdürücü) və reaktiv.

Müasir siyasi nəzəriyyədə qeyd olunur ki, Cəmiyyətin siyasi sistemi tələblər, yəni vətəndaşlann maraqlan və istəklərini ifadə edən informasiya, dəstək, yəni Cəmiyyətin siyasi sistemi fəaliyyətini konkret hərəkətlərlə, bəyanatlarla, yaxud susaraq təqdir etmə; sosial qüvvələrin fəal və passiv əkstəsiri; sistemin özündən gələn “daxili” impulslar təsir edir.

Cəmiyyətin siyasi sistemi hakimiyyətin formalaşması və işləməsi mexanizmi kimi, özünə siyasi institutları (dövlət, siyasi partiyalar vo hərəkatlar vo s.); hakimiyyətin subyekt vo obyektləri arasında yaranan siyasi münasibətləri; bu münasibətləri tənzimləyən siyasi normaları vo prinsipləri; siyasi şüuru və mədəniyyəti (fərdi, kollektiv və cəmiyyətin) daxil edir.

Cəmiyyətin siyasi sistemi müxtəlif əsaslara görə təsnifatı verilir. Cəmiyyətin tipologiyasından asılı olaraq - ənənəvi, totalitar və modernləşdirilmiş demokratiya (R.Aron, U.Rostou); ətraf mühitlə qarşılıqlı əlaqələrinin xarakterinə görə - açıq vo qapalı; siyasi mədəniyyətin tipinə görə - ingilis-amerikan, kontinental Avropa, sənayeyəqədərki vo qismən - sənaye, totalitar (Q.Almond); idarəetmənin məzmunu və formasından asılı olaraq - liberal, radikal - avtoritar, kommunist, ənənəvi, populist, avtoritar - mühafizəkar (J.Blondel) Cəmiyyətin siyasi sistemiler qeyd olunur.

0 səs
Bilmirəm bilməy istəyirəm

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 17 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 10 Fevralda, 21 anonim
+2 səs
3 cavab
soruşub 24 Oktyabrda, 19 anonim
0 səs
1 cavab
soruşub 13 Oktyabrda, 19 anonim
...