+2 səs
971 baxış

Cəmiyyət nədir?

3 Cavab

+1 səs
 

Cəmiyyət - insanların birgəyaşayış və fəaliyyət forması. Cəmiyyət bir tərəfdən ictimai quruluş (məs., sosiologiyada ənənəvi, sənaye, postsənaye, informasiya cəmiyyəti kimi təsnifat da vardır), digər tərəfdən - region, ölkə (məs., Hindistan, Amerika və s.) deməkdir. Cəmiyyət - mürəkkəb, inkişaf edən bütöv sistemdir. Onun bir sıra sferaları var maddi istehsal, sosial, siyasi, elmi- nəzəri, dəyərləndirmə və s. Cəmiyyətin inkişafı - davamlı prosesdir və insan amilinin, insan birliklərinin rolunun artması, onun sosial fəaliyyətinin zənginləşməsi, ictimai münasibətlərin müasirləşməsi, ictimai şüurun yüksək dərəcəyə çatması ilə bağlıdır. İctimai tərəqqini bütövlükdə müəyyən edən təbii və demoqrafik amillər cəmiyyətin inkişafına mühüm təsir göstərir. Bununla əlaqədar cəmiyyətdə fəaliyyət göstərən bütün sosial qrup və təsisatların rolu durmadan artır. Cəmiyyətin gələcəyi məhz bu qrup və təsisatların inkişafı və fəaliyyəti ile bağlıdır. 

0 səs
1. Konkret tarixi-maddi həyat şəraiti ümumiliyi əsasında birləşmiş insan toplusu.
İnsan cəmiyyəti. Cəmiyyətin inkişafı. Cəmiyyət tarixi.
2. Tarixən müəyyənləşmiş iqtisadi quruluş və ona uyğun üstqurum.
İbtidai cəmiyyət. Sosializm cəmiyyəti. Kapitalizm cəmiyyəti.
3. Hər hansı (mənşə, vəziyyət, mənafe və s.) ümumiliyi əsasında birləşən adamlar mühiti; ictimai mühit.
Zadəgan cəmiyyəti. Yüksək cəmiyyətdə dolaşmaq.
4. Qarşılarına ümumi məqsəd qoymuş adamlar birliyi; təşkilat.
Tələbə elmi cəmiyyəti. İdman cəmiyyəti.
–1 səs
1. Geniş mənada: insanların konkret ortaq maraqlar, dəyərlər və məqsədlər əsasında birləşmə formalarının məcmusu.

2. Dar mənada: bəşər tarixinin müəyyən mərhələsi; ictimai-iqtisadi formasiya, formasiyalararası və formasiyadaxili tarixi pillə; məs.: erkən feodal cəmiyyəti.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 13 Oktyabrda, 19 anonim
+3 səs
1 cavab
soruşub 10 Fevralda, 21 anonim
+1 səs
1 cavab
soruşub 17 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
0 səs
2 cavab
soruşub 24 Oktyabrda, 19 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...