0 səs
181 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Bentam İeremiya kimdir?

1 cavab var:

0 səs
 

Bentam (Bentham) İeremiya (1748- 1832) - ingilis filosofu-utililaristi, sosioloq və hüquqşünası. Bentamın fikrincə, insan həyatının ali məqsədi böyük əksəriyyəti təşkil edən insanların en yüksək səadətidir.

Bentamın təlimində aparıcı cəhət faydalanmaq prinsipidir. Buna görə də bu nəzəri cərəyan bütövlükdə utilitarizm adlanır. Bentamın utilitarizmi fərdi və liberal mahiyyət kəsb edir. Bu təlimə görə, şəxsi mənfəət, fayda ictimai həyatın əsasını təşkil edir.

Bentam dövlətin vəzifəsini fayda prinsipi əsasında təmin etməkdə görür. Onun qənaətinə görə, bu məqsədə liberalizm siyasəti vasitəsilə çatmaq olar - sahibkarlığın azad inkişafı, dövlətin azad iqtisadiyyata qanşmaması, dövlət qurumlarının demokratikləşdirilməsi bu sahədə mühüm rol oynayır.

Bentamın nəzəriyyəsində “sol” liberalizm ideoloji cəhətdən əsaslandırılır. Bu nəzəriyyə İngiltərədə və başqa Avropa ölkələrində demokratik hərəkatın inkişafına müsbət təsir göstərmişdir. Bu təlimin bilavasitə təsiri altında XIX əsrin ortalarında Böyük Britaniyada ciddi hüquqi islahatlar həyata keçirilmişdir.

Oxşar suallar

0 səs
2 cavab
soruşub 19 Mayda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 28 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 01 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
4 cavab
soruşub 07 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
0 səs
1 cavab
soruşub 07 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...