Jurnalistləri hər hansı hadisə, məsələ ilə əlaqədar məlumatlandırmaq üçün təşkil edilən qısamüddətli tədbir, görüş.
Brifinq dövlət, kommersiya, siyasi, ictimai təşkilatlar tərəfindən çağırılır, adətən, onların rəsmi nümayəndələrinin yığcam informasiya verməsi ilə məhdudlaşdırılır, jurnalistlərin sualları cavablandırılmır, yaxud belə suallara çox az vaxt ayrılır.