+1 səs
128 baxış

Döyüşkən Amazonkalar

1 cavab var:

0 səs
 

İyunun 24-də aclıq çəkən ispanlar hərəkətə gələrək, növbəti kəndə hücum etdilər. Hindilər öz yaşayış yerləri üçün çox gərgin mübarizə aparırdılar. Karvaxalın dediyinə görə maraqlısı bu idi ki, onlara yarıçılpaq, hündür, iri cüssəli, ağ dərili qadınlar başçılıq edirdilər. Onlar ox, yayla və əmudla silahlanıb elə cəsarətlə döyüşürdülər ki, kişi hindilər düşmənə arxa çevirməyə cəsarət etmirdilər. Özünü müdafiə edənlərə hər tərəfdən kömək gəlirdi və nəhayət ispanlar geri çəkilməyə məcbur oldular. Konkistadorlar əmin idilər ki, onlar cəngavər qadınların səltənətinə daxil olublar. Bir çox antik və orta əsr müəllifləri bunlar haqqında yazırdılar (Homer, Herodot, Marko Polo). Amazonkalar misli görünməmiş varidata malik idilər, onların torpaqlarını onilliklər boyunca avropalılar Yeni Dünyada axtarırdılar, indi onlara elə gəlirdi ki, əfsanə həqiqətə çevrilir.

Avropalıların sonrakı ekspedisiyaları varlı şəhərlər və böyük yollar əvəzinə bu faciəli yerlərdə daim keçilməz tropik meşələrlə üzləşirdilər, təsadüfi hallarda isə kasıb hindi kəndlərinə rast gəlirdilər. "Amazonlar ölkəsi"ni tərk edən ispanlar artıq sahilləri tez-tez dumanda, çəndə itən nəhəng çay ilə öz sonu görünməz yollarına davam etdilər.

Oxşar sual yoxdur

...