“Böyük yeddilər” - iqtisadi cəhətdən daha çox inkişaf etmiş yeddi dövlətin (ABŞ. Yaponiya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Kanada) rəhbərlərinin ümumi strateji siyasi və iqtisadi qərarları işləyib hazırlamaq üçün müntəzəm keçirdikləri yüksək səviyyəli görüşlər. 1994-cü ildən “Böyük yeddilər”-in yüksək səviyyəli iqtisadi müşavirələrində “Böyük yeddilər”-in “Böyük sekkizlər”e çevrilməsində Rusiya iştirak edir.