Bonapartizm - ilk dəfə olaraq Napoleon Bonapartın hərbi diktaturasını və Lui Bonapartın diktaturasını ifadə etmək üçün işlədilmiş termin Sonralar isə əsasındu siniflər arasında var-gəl etmə siyasəti duran hərbi diktaturanın xüsusi formasının qeyd edilməsi üçün istifadə edilmişdir. Siyasi elmdə Bonapartizmin 3 fundamental əlaməti qeyd olunur: dövlət maşınına nəzarət; ordudan siyasi qüvvə kimi istifadə olunması; siyasi demaqogiya. Bonapartizmin səciyyəvi xüsusiyyətləri O.Bısmark. P.A.Stolıpin, İ.V.Stalin, H.Pinoçet və başqalan tərəfindən həyata keçirilən siyasətdə özünü təzahür etdirmişdir. Bonapartizm liderliyin spesifik sıili kimi idarəetmə problemlərinin həlimdə gücə söykənməsi, böyük ümidlər verən vədlərlə ictimai şüurun manipulyasiyası ilə fərqlənir.