+1 səs
271 baxış

BMT Baş Assambleyası nədir?

1 cavab var:

0 səs
 

BMT Baş Assambleyası - BMT-nin ali orqanlarından biri. BMT-nin üzvü olan bütün dövlətlər bura daxildir, onların hər biri bərabər hüquqa malikdir.

BMT B.A. beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması işində əməkdaşlığın ümumi prinsiplərini nəzərdən keçirir; hər hansı dövlətin (o cümlədən BMT üzvü olmayan) yaxud həmin problemlər üzrə Təhlükəsizlik Şurasının onun qoyduğu istənilən məsələni müzakirə edir və tövsiyələr venr.

BMT B.A. iqtisadi, sosial, mədəni, təhsil, səhiyyə sahəsində əməkdaşlığa kömək məqsədi ilə tədqiqatlar aparır və tövsiyələr işləyib hazırlayır. İrqi, cinsi, dil və dini fərq qoymadan hamı üçün insan hüquqları və əsas azadlıqlarının heyata keçirilməsinə yardım göstərir. BMT-nin B.A. Təhlükəsizlik Şurasının illik və xüsusi məruzələrini, həmçinin BMT-nin digər təşkilatlarının məruzələrini alır və nəzərdən keçirir. BMT büdcəsini nəzərdən keçirir və təsdiq edir. BMT-nın B.A.-mn qərarları, büdcə və prosedura məsələləri üzrə qərarlar istisna olunmaqla, BMT üzvləri üçün məcburi qüweyə malik deyil. BMT B.A. mühüm məsələlərə dair (beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına Təhlükəsizlik Şurasının daimi olmayan üzvlərinin seçkilərə və s. aid) qərarları səsvermədə iştirak edən BMT üzvlərinin səsvermədə iştirakının iiçdə iki hissəsi əksəriyyət təşkil edərsə, başqa məsələlərdə adi əksəriyyət olarsa, mühüm məsələlər üzrə qərarlar qəbul edilir. BMT B.A.-mn hər bir iizvü bir səsə malikdir. BMT B.A. Təhlükəsizlik Şurasının daimi olmayan üzvlərini, İqtisadi Sosial Şura üzvlərini seçir. Təhlükəsizlik Şurasının tövsiyəsi üzrə BMT-nin Baş katibini təyin edir, BMT-yo yem üzvlər qəbul edir, üzv olan dövlətlərin hüquq və üstünlüklərinin həyata keçirilməsi məsələlərini, onlann BMT-dən çıxarılmasım həll edir.

Assambleya scssiyalı iş qaydasına malikdir. Onun iştirakçıları Təhlükəsizlik Şurasının, BMT-nm Baş katibi, yaxud BMT üzvü olan dövlətlərin əksəriyyəti tərəfindən çağırılan növbəti, həmçinin xüsusi və olahiddə xüsusi sessiyalara görə toplaşırlar.

BMT B.A.-nın sessiyaları Nyu-Yorkda, BMT-nin mənzil qərargahında keçirilir. ı İngilis, ərəb, ispan, rus və fransız dili BMT B.A.-nın rəsmi və işlək dilləridir.

Oxşar suallar

+3 səs
1 cavab
+2 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
...