Bzejinski (Brzezinski) Zbiqnev (1928) - amerikalı sosioloq, politoloq və dövlət xadimi, 1977-1981 -ci illərdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi.
Bzejinski "İki əsr arasında. Amerikanın Tex- notron erasında rolu” əsərində belə bir nəticəyə gəlmişdir ki, bəşəriyyət yeni inkişaf mərhələsinə daxil olur, bu inkişaf sosial inqilabla yox, elmi-texniki tərəqqi ile şərtlənir. Bu keyfiyyət dəyişikliyi təkamüllə aşağı pillədə - aqrar, sənaye erasmdakı “texnotron erası"na keçərək baş verir. Burada həlledici rol avtomatlara, kompüterlərə və kibernetika sistemlərinə keçir, elm başlıca və həlledici qüvvəyə çevrilir.
Əsas əsərləri: “Siyasi hakimiyyət: ABŞ/SSR” (1964, S.Hantinqtonla birgə), “Nəhəng iflas. XX əsrdə kommunizmin doğulması və ölümü” (1988), “Milli təhlükəsizlik axtarışında” (1988), “Böyük şahmat taxtası” (1998).