0 səs
229 baxış

Birlik dövlətləri nədir?

1 cavab var:

0 səs
 

Birlik dövlətləri (Commonvealth) (1947-ci ilə qədər Britaniya Millətlər Birliyi) - Böyük Britaniya imperiyası çökdükdən sonra onun tərkibində müstəqillik əldə etmiş dominion dövlətlərin dövlətlerarası birliyi. Üzv dövlətlərin öz aralarında və Böyük Britaniya ilə qarşılıqlı münasibətləri 1931-ci il Vestminster sazişində öz əksini tapmışdır. Sazişdə həmin dövlətlər müvafiq hüquqa malikdirlər. 1971 -ci il Sinqapur Bəyannaməsinin prinsipləri bu Birliyin könüllü səciyyə daşıdığını və konsensus prinsipləri əsasında fəaliyyət göstərdiyini bəyan etmişdir.

Birliyə 51 dövlət daxildir. Onlardan 30-u respublika, 21-i isə monarxiyadır. Monarxiyalardan 16-sı Britaniya kralını öz dövlətlərinin başçısı sayır və həmin ölkələrdə kralın təyin etdiyi general-qubernator fəaliyyət göstərir; beş monarxiyanın isə öz kralı vardır. Birlikdə Naoro və Tuvalo “xüsusi üzv” statusuna malikdirlər. Bu üzvlük forması kiçik ölkələrə aiddir və onlara imkan yaradır ki. məcburi üzvlük haqqını ödəməsinlər. Texniki proqramların həyata keçirilməsində, eləcə də dövlət və hökumət başçılarının görüşlərində iştirak etməsinlər.

Birliyin prinsipləri aşağıdakılardır: insanın təhlükəsizliyi və rifahı naminə sülhün və beynəlxalq nizamın qorunması; irqindən asılı olmayaraq, hər kəsin bərabər hüquqa və azadlığa malik olmasına, həmçinin siyasi və digər məsələlər barədə öz fikrini müstəqil sürətdə bildirməsinə təminat verilməsi. Qeyd olunan Bəyannamədə həmçinin hər bir vətəndaşın cəmiyyətin siyasi həyatında iştirakı, ölkənin demokratik inkişafındakı rolu, eləcə də onun hər cür müstəmləkəçilik meyillərinə, irqçilik hallarına qarşı mübarizəsi əks olunmuşdur; müharibənin və onu törədən səbəblərin qarşısının alınması, haqsızlığa qarşı mübarizə, qarşılıqlı hörmət və dözümlülük, əməkdaşlıq yolu ile tərəqqiyə nail olma və başqa bu kimi amallar da həmin sənəddə geniş yer tutur.

Birliyin məqsədi - qeyd olunan prinsiplərə ciddi əməl etməklə beynəlxalq birlikdə bütün xalqların rifahına nail olmaqdan ibarətdir.

Birliyin strukturu: 1) Birliyin başçısı (Britaniyanın monarxı); 2) Birliyin konfederasiyası (üzv dövlətlərin baş nazirlərindən ibarətdir, iki ildə bir dəfə görüşürlər); 3) Nazirlər səviyyəsində görüş; 4) Yüksək vəzifəli şəxslər komitəsi (konfederasiyanın göstərişlərinə uyğun olaraq siyasi xəttin və strategiyanın işlənib hazırlanması); 5) Rəhbər orqanlar: Birliyin Texniki Əməkdaşlıq Fondu Nümayəndələrinin Şurası, Birliyin Elmi Şurası, Gənclər Məsələləri üzrə Birlik Şurası; 6) Maliyyə Komitəsi; 7) Komitələr (layihələrin hazırlanması, maliyyə və siyasi planlaşdırma); 8) Katiblik.

Birliyin başçısı və simvolu Böyük Britaniyanın kraliçasıdır.

Oxşar suallar

+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
0 səs
1 cavab
+1 səs
1 cavab
...