0 səs
141 baxış

Bili nədir?

1 cavab var:

0 səs
 

Bili (ing. bili) - Böyük Britaniyada. ABŞ. Kanada və digər ingilis dilli ölkələrdə qanunvericilik orqanlarının müzakirəsinə çıxarılan qanun layihesi, habelə bəzi qanunvericilik aktlarının adı. Böyük Britaniyada belə bir sənəd - Hüquqlara dair Bili (H.d.B.) 1689-cu ildə qəbul edilmişdir. Bu hüquqi akt Böyük Britaniyada konstitusiyalı monarxiya quruluşunu qanuniləşdirmişdir. H.d.B. qanunvericilik və maliyyə sahəsində Kralın hakimiyyətini bir qədər məhdudlaşdırdı, Kral hakimiyyətinin özbaşınalığının qarşısını almaq məqsədilə insan hüquqlarından bəzilərini təsbit etdi. ABŞ-da Konqresin 1787-ci ildə qəbul etdiyi və ştatlar tərəfindən 1789 - 1791-ci illər arasında ratifikasiya edilmiş Konstitusiyaya verilən ilk 10 düzəliş də H.d.B. kimi tanınır. Beynəlxalq təcrübədə Hüquqlara dair Beynəlxalq Bili (H.d.B.B.) anlayışı da geniş işlədilir. O, insan hüquqları haqqında Ümumi Bəyannamə, İqtisadi, sosial və mədəni hüquqlara dair Beynəlxalq Pakt, Mülki və Siyasi hüquqlara dair Beynəlxalq Pakt və ona əlavə olunan iki fakültativ protokoldan ibarət olan bir hüquqi sistemi nəzərdə tutur. Hüquqlara dair Beynəlxalq Bili 1976-cı ildə qüvvəyə minmişdir.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 23 Mayda anonim
0 səs
4 cavab
soruşub 20 Mayda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
2 cavab
soruşub 19 Mayda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
0 səs
1 cavab
soruşub 19 Mayda anonim İş, Karyera, Peşə bölməsində
0 səs
2 cavab
soruşub 19 Mayda anonim İnternet, Kompüter bölməsində
...