Bələdiyyə - bəzi ölkələrdə seçkili yerli idarəetmə və özünüidarəetmə orqanı. Bir sıra ölkələrdə (ABŞ, Böyük Britaniya) b. ancaq şəhər idarəetməsinə aiddir. Belə idarəetmənin fərqli cəhəti ondadır ki, onda, xüsusilə yerli əhəmiyyətli məsələlər sərbəst həll olunur. Bələdiyyə Şurasına seçilmiş şəxslər seçicilərin tapşınğı ilə deyil, müstəqil fəaliyyət gösterirlər. Bir çox ölkələrdə b. şuralarını qanuna əsasən icra aparatı idarə edir. Onlar yerli büdcəni formalaşdırır, normativ aktlar nəşr edirlər və s. Bələdiyyənin icra aparatı ümumi səlahiyyətli (kollegial icra orqanları, merlər, idarə edənlər) və xüsusi səlahiyyətli (depar- tamcnüor, komitələr, büro, inspektorlar) inzibati orqanlardan ibarət olurlar.
Yerli özünüidarəetmənin normal fəaliyyəti və inkişafı üçün aşağıdakı şərtlər ödənməlidir: vətəndaşların yerli əhəmiyyətli məsələləri müstəqil şəkildə və məsuliyyətlə həll etmək üçün təşəbbüskarlığının və arzusunun olması; əhalinin yerli əhəmiyyətli məsələləri həll etmək sahəsindəki hüquqlarını reallaşdırmağa imkan və zəmanət verən hüquqi əsasın olması; yerli özünüidarəetmə orqanlarının fəaliyyətini təmin etmək üçün erazinin maliyyə- iqtisadi imkanlarının olması; yerli maraqların ümumdövlət maraqlan ilə uyğunlaşdınlması; dövlət hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanlan arasında dəyərli səlahiyyət hədlərinin müəyyənləşdirilməsi; yerli özünüidarəetmənin funksiyalarını peşəkarlıqla reallaşdıra biləcək ixtisaslı kadrlann olması.
Azərbaycanda yerli özünüidarəetmənin konstitusiona! əsasları konstitusiyanın IV Bölməsinin IX fəslində verilmişdir. Bu fəslin 142-ci maddəsində birmənalı olaraq göstərilmişdir ki, Azərbaycanda yerli özünüidarəetməni seçki əsasında yaradılan bələdiyyələr həyata keçirir. Bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu qanunla müəyyən olunur. Əsas Qanunun "Bələdiyyənin işinin təşkili” adlanan 143-cü maddəsində bələdiyyələrin öz işini iclaslar, daimi ve başqa komissiyalar vasitəsilə həyata keçirdiyi göstərilir. Bu maddəyə görə iclaslar bələdiyyənin ən ali fəaliyyət formasıdır.