0 səs
177 baxış

Beynəlxalq siyasi nizam nədir?

1 cavab var:

0 səs

Beynəlxalq siyasi nizam - ümumbəşəri tarixi ənənələrə və dəyərlərə söykənərək beynəlxalq normalar və prinsiplər əsasında formalaşan, fəaliyyəti dünyanın siyasi institutları və beynəlxalq təşkilatlan tərəfindən dəstəklənən qlobal miqyaslı beynəlxalq siyasi münasibətlərin müəyyən nizamı.

Beynəlxalq siyasi nizam beynəlxalq siyasi münasibətlərin müəyyən keyfiyyət xüsusiyyət- lenni xarakterizə edir. Müasir dövrdə B.s.n.-da qlobal transformasiya prosesi baş verir ki, ona aşağıdakı meyillər xasdır: dünya nizamında birqütblülük- dən çoxqütblülüye keçid; demilitariza- siya, beynəlxalq siyasi münasibətlənn demokratikləşməsi və humanistleşməsi.

Beynəlxalq siyasi nizam beynəlxalq nizamın əsas tərkib hissəsidir və o, beynəlxalq nizamın digər vacib elementləri: iqtisadi, informasiya, sosial, maliyyə və s. sıx surətdə bağlıdır.

Müasir dünya nizamının əsasını, heç şübhəsiz, demokratik deyərlər sistemi təşkil edir. Bu sistem bütün dünya üçün gələcək dünya nizamının mayakı rolunu oynayır və tədricən dünyanın hər yerində insan hüquqları və azadlıqlarına, ölkədaxili və beynəlxalq hüququn alili- yinə tam təminat verən demokratik dövlətlərin və onların hamısı üçün ümumi olan dəyərlər sisteminin yaranmasına xidmət edir. Bu proses mərhələlərlə regional təşkilatların köməyi ilə ümumi regional maraqların və dəyərlərin formalaşması yolu ilə gedir və bu da son nəticədə dünyəvi dəyərlər sisteminin yaranmasına səbəb olacaqdır. Bu dəyərlər sistemi ümumi kollektiv təhlükəsizlik sistemi, böyük və kiçikliyindən asılı olmayaraq bütün dövlətlər üçün birgəyaşayış qaydalan olan beynəlxalq hüquq sistemi və onların mühafizəsinin və təminatının qarantı olan beynəlxalq təşkilatlar şəbəkəsi ilə birlikdə vahid bir sistemdə tamamlanacaqdır.

XX əsrin sonu - XXI əsrin əvvəllərində dünyada baş verən köklü siyasi proseslərin, beynəlxalq münasibətlər və beynəlxalq hüququn məzmun və mahiyyətinin, dünya siyasətinin ənənəvi prinsiplərinin radikal dəyişikliklərə məruz qalmasının, planetin siyasi həyatının əsas subyektləri olan milli dövlətlərin öz suveren hüquqlarında'- tədricən məhrum edilməsinin və dünyanın yeni nizamının yaranmasının üç əsas determınantı vardır. Bunlar: 1) qloballaşmanın bütün dünyanı əhatə etməsi və bəşəriyyətin “milləı-dövlet-vəten- daş” prinsiplərinə tədricən meydan oxuması; 2) dövlətiərarası inteqrasiyanın bəşərin sosial sifarişi kimi beynəlxalq münasibətlərin gündəliyinə çıxması; 3) dünya siyasətinin trnnsmilli- ləşməsi. beynəlxalq münasibətlər, beynəlxalq hüquq və beynəlxalq davranışın əsasına demokratiya, vətəndaş cəmiyyəti prinsiplərinin, insan hüquq və azadlıqların qoyulması vo bu normaların hökumətlərarası, qeyri-hökumət aktorları tərəfindən milli dövlət qurumlarının inhisarından çıxarılması, dövlətin suveren hüquqlarının yeni aktorlar hesabına məhdudlaşdın İmasından ibarətdir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 15 Fevralda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
0 səs
2 cavab
soruşub 24 Oktyabrda, 19 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 25 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...