0 səs
170 baxış

Beynəlxalq münasibətlər nədir?

1 cavab var:

0 səs
 

Beynəlxalq münasibətlər - I) döv- lətlərarası qarşılıqlı siyasi və diplomatik əlaqələr; 2) siyasi elmlər sistemində müstəqil fənn.

Beynəlxalq münasibətlərin obyekt və predmetləri sırasına:

-dünyanın maddi (iqtisadi, hərbi, geosiyasi, demokratik texniki və s.) və mənəvi (ideoloji, hüquqi, informasiya, etik və s.) amilləri və onların subyekt- lərarası münasibətlərə təsiri;

-       aktorlararası diplomatik, strateji, sosial, mədəni, elmi və s. münasibətlər;

-bu münasibətlərin əsasını təşkil edən mənəvi-əxlaqi, hüquqi, sosial mədəni və s. normalar;

-       dünya siyasətinə təsir göstərən informasiya, maliyyə, kommunikasiya, miqrasiya və s. proseslər;

-       beynəlxalq aləmdə qərarların qəbul olunma, əməkdaşlıq, danışıqlar, konfliktlər və s. proseslər;

-       beynəlxalq aktorlararası münasibətlərin vəziyyəti, onlara təsir göstərən faktorlar (dünyada baş verən transmilli proseslər və onların dövlətiərarası əlaqələrə, dünya siyasətinə təsiri və s.);

-ölkədaxili və ölkələrarası münasibətlərə təsir göstərən amillər, hadisələr, normalar, proseslər, onlar arasındakı əlaqə və bağlılıq və s. aid edilir.

XX əsrin 1 yansında ABŞ-da meydana gəlmişdir. Məhz ilk dəfə bu ölkədə “Beynəlxalq münasibətlər” dərsliyi nəşr olunmuşdur (1919). universitetlərdə bu fənn üzrə kafedralar yaradılmışdır. Onun başlıca məqsədi - dünya miqyasında dövlətiərarası qarşılıqlı münasibətləri və onların milli maraqlarını tədqiq edib üzə çıxarmaqdan ibarətdir.

B.m.-in predmeti kimi o illərdə əsasən bir neçə məsələ ön plana çıxarılmışdır: əwəla, dövlətlər arasında meydana gələn münaqişələrin əsas səbəbləri, bu münaqişələrin aynlıqda hər bir ölkəyə və bütövlükdə dünya birliyinə vurduğu zərbə; ikinci, dövlət- lərarası münaqişələrin qarşısının alınması yollan, bu işdə beynəlxalq höku- mətlərarası təşkilatlardan istifadə edilməsi perspektivləri; üçüncü, dünya müstəmləkə imperiyalarının dağılması və yeni-yeni müstəqil dövlətlərin meydana gəlməsi şəraitində ölkənin milli maraqlannın müəyyən edilməsi və qorunması yollan.

Göründüyü kimi, B.m.-in daxili strukturu zənginləşdikcə, yeni-yeni amillər hesabına mürəkkəbləşdikcə onun öyrənilməsi və təhlili de çətinləşirdi. Məhz elə bu illərdə ABŞ, Böyük Britaniya, Fransa, SSRİ, Çin, Almaniya kimi dövlətlərdə B.m.-in geniş tədqiq mərkəzləri meydana çıxmış və ilk fundamental əsərlər ortaya qoyulmuşdur. Tanınmış ABŞ alimi Hans Morqentau- nun “Millətlər arasında siyasi münasibətlər. Hakimiyyət və dünya uğrunda mübarizə” adlı fundamental əsəri (1948) o zamana qədər beynəlxalq münasibətlərlə bağlı mövcud olan dünya görü Beynəlxalq siyasi nizam şünü kökündən dəyişdi. Onun ardınca Edvard Karr, Nikolas Spaykmen, Beyn- hold Nibur kimi siyasətşünaslar bu mövzunu ciddi beynəlxalq müzakirəyə çıxardılar. O vaxtdan sosial elmlər sırasında beynəlxalq münasibətlər öz məxsusi yerini tutmağa, öz tədqiqatının obyektini, subyektini və problemlərini dəqiqləşdirməyə başladı.

Oxşar suallar

+1 səs
1 cavab
+2 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 25 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 16 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...