0 səs
163 baxış

Bakunin Mixail Aleksandroviç kimdir?

1 cavab var:

0 səs
 

Bakunin Mixail Aleksandroviç (1814-1876) - rus xalqçılığının banilərindən və anarxizmin nəzəriyyəçilərindən biri.

Bakuninin 1848-1849-cu illərdə inqilabda iştirakına görə iki dəfə (Saksoniya və Avstriya məhkəmələri tərəfindən) ölümə məhkum edilmişdir. 1851-ci ildə o, Avstriya tərəfindən I Nikolaya təhvil verilmiş, uzun müddət həbsdə qaldıqdan sonra 1857-ci ildə Sibirə yaşamağa sürgün edilmişdir. 1861-ci ildə B. Sibirdən sürgündən qaçmış və yenidən Avropa inqilabi hərəkatına qoşulmuşdur. Həmin vaxtdan etibarən ve ömrünün axırına qədər o, özünü iki böyük məqsədin heyata keçirilməsinə - mövcud siyasi rejimlərə, ümumiyyətlə, dövlətə qarşı mübarizəyə, anarxist ictimai idealının nəzəri axtarışlarına həsr edir. Onun baxışları daha sistemli şəkildə “Fcderalizm, sosializm və antiteologizın” (1868), "Zülm alman imperiyası” (1871), "Dövlətçilik və anarxiya” (1873) adlı kitablarında təqdim olunmuşdur.

Dövlətin meydana gəlməsini və onun dağıdılması yollarının dövletsiz ictimai özünüidarənin yaradılması naminə konsepsiyası təşkil edir. Bakuninə görə dövlət süni sosial varlıqdır, o, abstrakt və mifik ideya, şəxsiyyətin hüquq və azadlıqlarının abstrakt məhdudluğunu təmsil edir, simasızlaşdınr. Dövlətin başlandığı yerdə şəxsiyyətin azadlığına son qoyulur ve əksinə, insan azadlığı, onun hüquqlarının genişlənməsi dövlət hakimiyyətinin təsir dairəsinin deyişməsinə gətirib çıxarır.

Bakunin təsdiq edirdi ki, anarxiya cəmiyyətin təkamülündə fərdlərin və assosiasiyaların azadlığı şəklində kütlələr arasında azadlıq ideyalarının yayılması ilə bağlı olan yekun mərhələdir. Bakuninin tarixi azadlıq prosesi konsepsiyasında tarixin məqsədi və eyni zamanda onun on yüksək nəticəsi kimi çıxış edir.

Bakunin fikrincə, ideal ictimai quruluş dövlətdə təşkil edilmiş cəmiyyət yox, özünüidarəetməyə. muxtariyyətə və azad federasiyaya əsaslanan cəmiyyətdir. Bakunin konsepsiyasında ictimai özünüidarənin tarixi təcrübəsi, qarşılıqlı yardım və müdafiə ənənələri (ictimai həmrəylik) cəmiyyətin hakimiyyətsiz (özünü idarə edərkən) federativ quruluşu ideyasında öz əksini tapmışdır.

Oxşar suallar

+1 səs
6 cavab
soruşub 24 Mayda anonim İş, Karyera, Peşə bölməsində
+3 səs
1 cavab
soruşub 11 Martda anonim İş, Karyera, Peşə bölməsində
+2 səs
1 cavab
soruşub 28 Fevralda anonim İş, Karyera, Peşə bölməsində
0 səs
1 cavab
soruşub 07 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
2 cavab
soruşub 13 Oktyabrda, 21 anonim İş, Karyera, Peşə bölməsində
...