0 səs
157 baxış

Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri

1 cavab var:

0 səs
 

Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri” - Azərbaycan Respublikası iqtisadiyyatının böhrandan çıxarılması və inkişafında neft sənayesinin dirçəldilməsi, müasir texnologiyalar əsasında yenidən qurulması mühüm əhəmiyyət kəsb edirdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yeni dövlət neft strategiyası hazırlandı və müvəffəqiyyətlə həyata keçirilməyə başlandı. Bu. Azərbaycan neft sənayesində yeni eranın başlanması idi.

 

1994-cü il sentyabrın 20-de Bakının “Gülüstan” sarayında ARDNŞ ilə ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstanın iri neft şirkətləri daxil olan konsorsium (sonralar bu konsorsiuma Yaponiya şirkəti do qoşuldu) üzvləri tərəfindən sonralar bütün dünyada “Əsrin müqaviləsi" adı ilə məşhurlaşan tarixi müqavilə imzalandı (2001-ci ildən başlayaraq Prezident fərmanı ile həmin gün respublikada “Neftçi” günü kimi bayram edilir).

Ölkəmizin neft strategiyasının ən əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarına nəql edilməsindən ibarət idi. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli qorunması, geniş miqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafının, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarına nəqlinin təmin edilməsi məqsədilə strateji əhəmiyyətli buraxılış imkanı ildə 50 milyon ton neft, uzunluğu 1730 km olan yeni - Bakı- Tbilisi-Ccyhan Əsas İxrac Boru Kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir.

1999-cu il noyabrın 18-de ATƏT-in İstanbul Zirvə Toplantısı gedişində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl “Xam neftin Azərbaycan Respublikası. Gürcüstan vo Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ccyhan Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair" saziş imzalamışlar.

 

Eyni vaxtda Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və Amerika Birleşmiş Ştatlarının prezidentləri bu layihəni dəstəkləyən “İstanbul Bəyannaməsi"-ni imzalamışlar.

Bu layihənin inşasının 2006-cı ilin may ayının axırlarında sona çatması və Azerbaycan neftinin Ceyhan limanından tankerlərlə dünya bazarına çıxarılması faktiki olaraq ölkəmizi dünyanın eneıji mərkəzlərindən birinə çevirdi.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 16 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 11 Fevralda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
0 səs
0 cavab
soruşub 13 Apreldə anonim
...