+1 səs
167 baxış

Aristotel kim olub?

1 cavab var:

+1 səs
 

Aristotel (e. ə. 384-322) — böyük yunan mütəfəkkiri. Siyasi elmin meydana gəlməsi Aristotelin adı ilə bağlıdır. Aristotel “Politika”, “Afina politiyasında”, “Etika” traktatında öz siyasi təlimini açmışdır.

Aristotel təsdiq edir ki, insan “siyasi heyvan” olaraq, birgə mövcud olmaq üçün özündə instinktiv səyi daşıyır: cəmiyyətin inkişafı ailədən icmaya doğru, icmadan isə dövlətə (şəhər-polisə) doğru gedir. Dövlət öz vətəndaşlarının “yaxşı yaşaması” naminə mövcuddur.

Aristotel dövlət quruluşu formalarını iki əsas üzrə bölürdü: idarə edənlərin miqdarı və idarəetmənin məqsədi (mənəvi əhəmiyyət). Bundan asılı olaraq, o üç “düzgün” idarəetmə formasını (monarxiya, aristokratiya, politiya) ayırırdı. Bu formalarda hökmdarlar ümumi fayda verirlər. O, üç düzgün olmayan formanı (tiraniya, oliqarxiya, demokratiya) da ayıraraq göstərirdi ki, burada hökmdarlar yalnız şəxsi fayda güdürlər. Aristotel dövlət quruluşu formalarını onların “prinsipləri” ilə bağlayırdı: aristokratiya prinsipi — xeyirxah, oliqarxiya — var dövlət, demokratiya — azadlıq. Bu üç prinsipi daxil edən Aristotel politiyanı idarə etmədə ən yaxşı forma hesab edirdi, yəni, bu forma varlıların və kasıbların mənafelərini birləşdirir. Politiya dövlətin “orta” formasıdır, “orta” element onda hər şeydə mövcuddur: əxlaqda — mötədillik, əmlakda - orta hədd, hakimiyyətdə — orta təbəqə.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
+2 səs
2 cavab
soruşub 30 Dekabrda, 20 anonim Heyvanlar, Bitkilər bölməsində
+2 səs
1 cavab
+1 səs
1 cavab
...