+1 səs
731 baxış

Arxetip nədir?

5 Cavab

0 səs
 

Arxetip (yun. arche başlanğıc typos obraz) — İsveçrə psixoanalitiki Karl Yunqun işləyib hazırladığı “analitik psixologiya”nın mərkəzi anlayışı. Yunqa görə Freydin təsvir etdiyi fərdi “təh təlşüur” ondan daha geniş olan “kollektiv təhtəlşüur”un — insan qəlbinin ən dərin guşələrində qərar tutan bəşəri yaddaşın bir hissəsidir. Yunq qrup yaddaşının, hətta irqi yaddaşın oldu ğunu qəbul edirdi.

Əgər “şəxsi təhtəlşüur”da əsas rol oynayan “komplekslər”dirsə (məs., natamamlıq kompleksi), “kollektiv təh təlşüur”da — arxeotipdir. O, müstəqil surətdə konkret psixi, habelə rasional məzmuna malik olmur. Fərd onun ruhi, mənəvi həyatının nəşət tapdığı “kollektiv təhtəlşüur”da hazır formada mövcud olan müvafiq psixi strukturları və obrazları əxz edir, beləliklə də kollektiv təsəvvürlər və fərdi şüurun birgə yaradıcılığı kimi əsatirlər, inanclar, rəmzlər, bədii obrazlar, kütləvi davranış standartları şəklində Arxetip üzə çıxır. Ayrı-ayrı fərdlərin, qrupların, bütöv xalqların əhval-ruhiyyəsini, siyasi davranış mexanizmlərini dərk etmək üçün Arxetip anlayışının misilsiz rolu vardır.

0 səs
1. Mədəniyyətin, mənəvi həyatın dəyişməz modellərini formalaşdıran əsas, baza elementləri; nümunə, ilkin forma, örnək.
Milli arxetip.

2. Dilçilik. Təsdiq edilmiş və ya yenidən qurula bilən, onun sonrakı davamı üçün əsas, ilkin sayılan dil forması.
Linqvistik arxetip.
0 səs
1. İlkin obraz, orijinal; mə­də­niyyətin əsasını təşkil edən və nəsildən-nəslə ötürülən simvol.

Jurnalistikada ­­Arxetiplərdən auditoriyanın hislərinə təsir et­mək, onu inandırmaq məqsədilə geniş isti­fadə olunur. Sonunda işıq görünən tunellə hə­rəkət edən qatar, dimdiyində zeytun budağı tut­muş ağ göyərçin kimi sadə fo­to­şəkillərin xüsusi populyarlığı məhz onların Arxetiplərlə sıx bağlı olmasından irəli gəlir. Məqalələrin başlıqlarında, ve­ri­lişlərin ­ad­larında «ocaq», «vətən» kimi Arxetiplərə ­­tez-tez rast gəlinir. Bu baxımdan Arxetip jurna­listikada, reklamçılıqda, pablik rileyşnz ­in­­for­ma­siyanın auditori­yaya ötürülməz­dən əvvəl emalının, media ob­razlarının yara­dıl­masının mühüm alqoritmi rolunu oy­nayır.

2. Ədəbiyyatda, me­­diada tez-tez təkrar­lanan, insanlara tanış olan obrazlar, sü­jetlər, motivlər.

Belə ob­raz və süjetlər vasitəsilə (məsələn, karika­turalarda) cə­miyyətin heç vaxt gör­mədiyi, çı­xışını eşit­mədiyi insanlar haq­qında güclü ictimai rəy formalaşdırıla bilər.
0 səs
Hər hansı yazılı abidənin müasir dövrə gəlib çatmamış ən qədim ilkin mətni.

Həmin mətn yazılı abidənin sonrakı dövrlərdə çıxarılmış surətləri üçün ilkin mənbə rolunu oynayıb.
0 səs
Şifahi xalq ədəbiyyatında geniş istifadə olunan qədim mifoloji süjet, ideya və obrazlar.

Arxetip anlayışını ilk dəfə elmə gətirən Karl Qustav Yunq olub. Azərbaycanda bu mövzunu fəlsəfi-psixoloji aspektdə professor Həsən Quliyev özünün “Qorqud nəslinin arxetipləri”, “Arxetipik azəri” əsərlərində ətraflı tədqiq edib. Azərbaycan ədəbiyyatında Arxetipin bariz nümunələrindən biri Təpəgöz obrazıdır. “Kitabi-Dədə Qorqud” dastanında və bir çox nağıllarımızda rast gəlinən bu obraz antik yunan ədəbiyyatındakı oxşar obrazla – Siklopla müqayisə olunur.

Oxşar suallar

0 səs
0 cavab
soruşub 24 Mayda anonim
0 səs
1 cavab
soruşub 23 Mayda anonim
0 səs
4 cavab
soruşub 20 Mayda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
2 cavab
soruşub 19 Mayda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
0 səs
1 cavab
soruşub 19 Mayda anonim İş, Karyera, Peşə bölməsində
...