Arendt Xanna (1906 1975) - alman politoloqu, totalitarizm problemləri üzrə mütəxəssis.
Arendt “Totalitarizmin mənbələri” əsərində təsdiq edirdi ki, nasional sosializm (nasizm) və stalinizm yeni, müasir dövlət formasıdır və onu ənənəvi yatırtma formaları ilə qarışdırmaq olmaz. Totalitarizm öz ölkəsinin daxilində və xaricində qeyri-məhdud hökm ranlıq etməyə çalışır. Onu fərqləndirən xüsusiyyətlər bunlardır: dövlət ideologiyasının mövcudluğu və terrorun siyasi hökmranlığını təsdiq etmək və möhkəmləndirmək vasitəsi kimi mövcudluğu: cəmiyyətin inkişafı və qanunların şərhində yeganə həqiqət kimi ideologiyanın qəbul edilməsi.
Arendt nasist həbs düşərgələrini totalitar reyimin ideal modeli hesab edirdi, bu həbs düşərgələrində insanın adi davranış motivləri, əxlaqı, sonra isə aclıq və işgəncələrdən normal psixi və cismani reaksiyaları sıradan çıxardı.