Apokalipsis (yun. apokalypsis hərf, kəşf) — dünyanın sonu ilə nəticələnə cək epidemiyaların, nəhəng planetar fəlakətlərin labüdlüyünü aşılayan mis tik futuroloyi ideya. A. anlayışının kö kündə xristian dininin ilkin mənbələ rindən olan Yeni Əhdi-Cədidin (yola saldığımız minilliyin 68-69-cu illəri) yekun hissəsinin adı (yun. apokalypsis) dayanır. Kilsə ənənələrində onun müəl lifi kimi apostol İohann Boqoslava tanınır. 22 fəsildən ibarət olan bu əsə rin əsas məzmununu bəşərin fəlakətli gələcəyi barədə vəhy, peyğəmbərlik təşkil edir.