Anneksiya (lat. arınexio birləşdirmə) - hər hansı bir dövlətin digər dövlətin ərazisini, yaxud ərazisinin bir hissəsini, habelə beynəlxalq birliyin ümumi istifadəsində olan məkanın (Antarktida, milli yuristdiksiyanın hü dudlarından kənarda yerləşən Dünya okeanının dibi və s.) zorla və qanuna zidd yolla birləşdirməsi, Anneksiya beynəlxalq hüququn əsas normalarının kobud su rətdə pozulması deməkdir. Anneksiya qeyri qanuniliyi BMT Nizamnaməsinin prinsipial müddəalarından irəli gəlir. Bu müddəalar ərazi toxunulmazlığına və siyasi müstəqilliyə qarşı gücün tətbiqini, yaxud güclə təhlükə törətməyi qadağan edir. Dövlət sərhədinin dəyişdirilməsi o zaman qanuni hesab olunur ki, bu dəyişikliklər siyasi cəhətdən suveren ölkələr arasında bərabərhü quqlu və könüllü müqavilələr əsasında həyata keçirilir.
Ermənistan Respublikası zorla və qanunazidd olaraq Azərbaycan Respublikasının 20%-ə yaxın ərazisini annek siya edibdir.