+1 səs
628 baxış

Anklav nədir?

4 Cavab

+1 səs
 

Anklav (fr. enclave, lat. inclavare açarla bağlamaq) — bir dövlətin, yaxud bir neçə dövlətin quru əraziləri ilə tam əhatə olunmuş ərazisinin bir hissəsi. Anklav mənsub olduğu dövlətin ərazisinin ayrılmaz tərkib hissəsini təşkil edir. Şərqi Pireneyin Fransa departamentinin hüdudlarında yerləşən Pliviq şəhəri (İspaniya) Anklava nümunə ola bilər. Bir dövlətin ərazisinin bir hissəsi, başqa bir dövlətin qismən quru və qismən dəniz ərazisi ilə ayrı düşübsə, belə ərazilərə yarımanklav kimi baxılır, çünki onların dəniz sahili vardır və dəniz tərəfdən ona yaxınlaşmaq mümkündür. RF-nin Kalininqrad vilayətini yarımanklava aid etmək olar.

0 səs
Hər tərəfdən başqa dövlətin ərazisi ilə əhatə olunmuş dövlətin ərazisi və ya onun bir hissəsi.

Məsələn, İtaliya ərazisində San-Marino, Vatikan, CAR-ın ərazisində Svazilend anklavdır. Anklavın bir tərəfdən dənizlə əlaqəsi olduqda (məs.: Portuqaliya) ona yarımanklav deyilir.
0 səs
Bir dövlətin ərazisinin, yaxud bu ərazinin bir hissəsinin başqa dövlətin sərhədləri ilə əhatə olunması.
0 səs
Beynəlxalq hüquqda bütöv bir dövlətin ərazisinin başqa bir dövlətin quru ərazisi ilə, yaxud dövlətin ərazisinin bir hissəsinin digər dövlətin (dövlətlərin) quru ərazisi ilə tam əhatə olunması.

Anklav nümunə kimi ərazisi tamamilə Cənubi Afrika Respublikası tərəfindən əhatə olunmuş Lesotonu və ya Türkiyə, İran, Naxçıvanla həmsərhəd Naxçıvan Muxtar Respublikasını göstərmək olar. Dövlətin ərazisinin bir hissəsi digər dövlətin quru ərazisi ilə əhatə olunsa da, əgər onun dənizə çıxışı varsa, buna yarımanklav deyilir. Sonuncuya Anqolanın Kabinda dairəsini misal göstərmək olar: Kabinda Anqolanın əsas ərazisindən Konqonun Kinşasa vilayəti ilə ayrılsa da, onun Atlantik okeanına çıxışı var.

Oxşar suallar

+1 səs
2 cavab
soruşub 21 Yanvarda, 20 anonim Qanun, Hüquq bölməsində
0 səs
0 cavab
soruşub 15 İyulda anonim
0 səs
0 cavab
soruşub 15 İyulda anonim Qanun, Hüquq bölməsində
0 səs
0 cavab
0 səs
0 cavab
soruşub 02 İyunda anonim İnternet, Kompüter bölməsində
...