1. Coğrafiya. Planetimizin bitki aləminin inkişaf etdiyi üst qatı; Yer qabığının tərkibinə daxil olan yumşaq, dənəvər, tünd-qonur rəngli maddə.
Qumlu torpaq. Meşə torpağı. Torpağın məhsuldarlığını artırmaq. Zəhmət – torpaqda, nemət – süfrədə. (Atalar sözü)
2. Sifət kimi: torpaqdan olan, torpaqdan düzəldilmiş və ya tikilmiş, döşəməsi quru torpaqdan ibarət olan.
Torpaq yol. Torpaq döşəmə.
3. Birinin ixtiyarında, istifadəsində olan yer, ərazi, sahə.
Mülkədar torpaqları.
4. Yer. Çoxlu tağ atar; Torpaqda yatar; Qoyma yetişsin; Kal-kal dər apar. "Xiyar" (Tapmaca)
5. Toz-torpaq.
Biz şəhərə girdiyimiz zaman şiddətli xəzri əsir, küçələrin tozunu havaya sovurur, göydən başımıza torpaq yağırdı. (A.Şaiq)
6. Dövlət, məmləkət, ölkə. □ Faşistlərin yuqoslav torpağına hücum etməsi çox oğulları öz yurdundan, ailəsindən ayırdı. (S.Vəliyev). Torpaq qızıl quşdur – əldən buraxdın, uçar gedər. (Atalar sözü)
7. Məcazi mənada: vətən, yurd, el. Torpağın eşqilə vurur ürəyi; Vətənə bağlıdır qəlbi, diləyi. (M.Rahim)