İctimai həyatdakı dəyişikliklərlə bağlı yaranan anlayışları bildirmək üçün istifadə olunan yeni söz və ya ifadə.
Neolgizmlərin yaranması daha çox elm və texnikanın inkişafı ilə bağlıdır. Onların bir hissəsi başqa dillərdən alınma sözlərdir: investisiya, spiker, mer, menecer, qlobal, ekologiya, kurikulum və s. Dilin öz daxili imkanları hesabına yaranan yeni sözlər də çoxdur: özəlləşdirmə, soyqırımı, nəfəslik, işbirliyi, soykökü, bölgə, yayım, soydaş, durum, cangüdən, çağdaş və s. Neologizmlərin bir hissəsi müxtəlif yazıçıların əsərlərində işlədilən yeni sözlərdir. Məsələn, hazırda ümumişlək sözə çevrilmiş “işıqfor” sözünü ilk dəfə Rəsul Rza işlədib.