İstehlakçıların diqqətini hər hansı obyektə cəlb etmək və onların bu obyektə marağını, tələbatını formalaşdırmaq, habelə əmtəəni bazarda tanıtmaq, mal və xidmətlərin satışını stimullaşdırmaq məqsədilə yayımlanan məlumat.
Reklam fəaliyyətində qanunla qadağan edilməyən üsul və vasitələrdən istifadə olunmalı, başqa əmtəələrin bazar nüfuzuna xələl gətirilməməli, insanların həyat və sağlamlığına, ictimai təhlükəsizliyə və s.-yə ziyan vura biləcək çağırışlara, dövlət rəmzlərinin və atributlarının təhrifinə, etik normalara zidd hallara yol verilməməlidir.