Radikal addımların əleyhinə olan, cəmiyyətdə dəyişikliklərin tədricən, oturuşmuş ənənə, institut və dəyərlərin qorunub saxlanması şərti ilə həyata keçirilməsinə tərəfdar çıxan ideya cərəyanı.
Mühafizəkarlıqın vahid baxışlar sistemi formalaşmadığı üçün o, rəngarəng siyasi, ideoloji və mədəni konsepsiyaların məcmusu olaraq qalır. İnqilabi və radikal islahatları rədd edən, təkamül yolu ilə inkişafa üstünlük verən mühafizəkarlıq məhz bu səbəbdən özünü tarixdə ən müxtəlif formalarda büruzə verib. Bir çox hallarda, ümumiyyətlə, hər cür yeniliyin düşməni olan şəxsləri də “mühafizəkar” adlandırırlar.