Yer öz oxu ətrafında fırlanarkən şimalda və cənubda hərəkətsiz qalan nöqtələr.
Bu nöqtələrdə Yerin xəyali oxu Yer səthi ilə kəsişir. Yer qütbdə ancaq bir cəhət var: Şimal qütbdə dayanan adamın hər tərəfi cənub, Cənub qütbdə dayanan adamın hər tərəfi şimal olur. Yer qütbdə vaxtın gündüz və gecə, gün və ay bölgüsü yoxdur, çünki günəş ilin bir yarısını üfüqün arxasına keçmir, digər yarısında isə üfüqün arxasından görünmür. Şimal qütbü üzərində səmada qütb ulduzu yerləşir və ona görə cəhətləri təyin etmək olur.