Leksik mənalarına görə bir-birinin əksi olan sözlər.
Antonim sözlərin kökləri fərqli olur: hündür – alçaq, getmək – gəlmək və s. Morfoloji yolla yaradılan əksmənalılıq antonim sayılmır; məs.: duzlu – duzsuz, oxumaq – oxumamaq kimi sözlər bir-birinə əksmənalı olsa da, kökləri eyni olduğundan onları antonim adlandırmaq olmaz. Antonimlər eyni nitq hissəsinə aid olur. Bədii əsərdə belə sözlərin işlədilməsi müəllifin ifadə etdiyi fikrin oxucuya qabarıq şəkildə çatdırılmasına kömək edir: Dost başa baxar, düşmən ayağa (atalar sözü). Bunsuz gündüz olur qaranlıq gecə (H.Cavid).