Adətən, mənzum şəkildə olan qəbirüstü yazı, başdaşı yazısı.
Epitafiya antik dövrdə yaranıb. Onun səciyyəvi xüsusiyyətləri kiçik həcm, mərhuma müraciət və ya mərhumun yoldan ötənə müraciətidir. Avropa ədəbiyyatında epitafiya lar müstəqil janr kimi də şairlərin yaradıcılığında yer alıb. Hətta ciddi Eepitafiyalarla bərabər, parodiya, epiqram səciyyəli epitafiyalar da yaranıb. Belə əsərlərdə şair zarafatyana özünü, yaxud dostunu ölmüş qələmə verib dirilərə müraciət edir, eyhamlı, yumorlu sözlər söyləyir. Azərbaycan ədəbiyyatında epitafiyanın qəbirdaşına yazılan növü – kitabə daha çox yayılıb.