Ayrı-ayrı nitq nümunələrinin linqvistik və bədii xüsusiyyətlərini öyrənən elmlər: dilçilik və ədəbiyyatşünaslıq.
Linqvistik və ədəbi-tənqidi araşdırmalar fərqli metodların tətbiqini nəzərdə tutsa da, onlar üçün ortaq olan sahələr, ilk növbədə, dil və üslub məsələləridir. Ona görə də bir çox ədəbi mətnlərin araşdırılması məhz filoloji yanaşma tələb edir. Filoloji araşdırmalar tarix, sosiologiya və psixologiya kimi elm sahələrindən də yararlanır. Filologiyada ədəbi mətn məzmun, dil və üslub nöqteyi-nəzərindən təhlil edilir, onun mənəvi-estetik baxımdan əhəmiyyəti qiymətləndirilir.