1. Gecə-gündüzün iyirmi dörddə birini təşkil edən və 60 dəqiqədənibarət olan vaxt ölçüsü vahidi.
2. Saat ölçüsü vahidi.
İki saat işləmək. Üç saat gözləmək. Təyyarə iki saat gecikir.
3. Günortadan, yaxud tən gecə yarıdan hesablanan 60 dəqiqəlik vaxtölçüsü. Aha, saat neçədir, o vaxta bir saat qalıbdır, zərər yoxdur, qurtardım Minnətin üzündən, qurtardım! (Ü.Hacıbəyli).
4. Gecə-gündüz müddətində vaxtı təyin etmək üçün alət, cihaz.
Divar saatı. Cib saatı. Qol saatı.
5. Tənəffüslə birlikdə dərsə, mühazirəyə sərf olunan 60 dəqiqəlikmüddət.
Akademik saat (texnikumlarda və ali məktəblərdə 50 dəqiqə davamedən vaxt, müddət). Dərs saatı (ümumtəhsil məktəblərində 45 dəqiqə davam edən məşğələ müddəti). Dərs proqramını saatlara bölmək.
6. Pedaqoji məşğələ, mühazirə.
Saatlarımı yazdınmı? Xəstə müəllimin saatlarını kimə verdilər?
7. Vaxt, çağ, an, zaman.
Axşam saatlarında.
8. Saylarla yanaşı işlənib, bir işin neçə saata görüldüyü, görülə biləcəyi, yaxud davam etdiyi müddəti bildirir.
8 saatlıq iş günü.