+3 səs
70 baxış
Mədəniyyət, İncəsənət bölməsində

Parodiya nədir? 

3 Cavab

+1 səs
 
Auditoriyanı güldürmək məqsədilə tanınmış şəxsin təqlid edilməsi, yamsılanması; təqlid.

 Parodiya sənəti.
+1 səs
Komik effekt ya­rat­maq məqsədilə yazılmış təqlidi əsər; kinayәli nəzirə.

İlk parodiya nümunәlәri hәlә antik yunan әdәbiyyatında ya­radılıb. Qәhrәmanlıq dastanlarına yazılmış “Siçanlarla qur­bağaların müharibәsi” parodiyasını misal göstərmək olar. Parodiya hәm nәsr, hәm dә nəzmlə yazıla, yumoristik (dostyana, zarafatcıl) və ya satirik ola bilər. Lakin istənilən halda parodiyada ilkin əsərə və onun müəllifinə tənqidi münasibət özünü göstərir. Satirik parodiyada bu münasibət daha kəskin olur: müəllif öz parodiyasında ilkin əsərin ideya-bədii xüsusiyyətlərindəki qüsurları qabartmaqla onu tənqid atəşinə tutur. Parodiyada komizm yaratmağın müxtəlif yolları mövcuddur: ilkin əsərin mövzu və məzmununa uyğun olmayan üslubun seçilməsi; şişirtmə (hiperbolizasiya) – əsər qəhrəmanının müəyyən xüsusiyyətlərinin ifrat dərəcəyə yüksəldilməsi. Parodiya әdәbi әsәrlәrin müәyyәn bir xü­su­siyyәtinә, mövzusuna, ideya mәzmununa, üslubuna, qәh­rәmanlarına, kompozisiyasına, dilinә qarşı da çevrilə bilәr. Parodiyada konteksti dəyişdirməklə ilkin əsərdən gələn bəzi xüsusiyyətlərin gülünc hala salınması da mümkündür.
+1 səs
Məcazi mənada: istehza ilə: orijinal olmayan, təkrarlanan.

Parodiyaya oxşatmaq.

Oxşar suallar

+3 səs
3 cavab
soruşub 12 Martda anonim Mədəniyyət, İncəsənət bölməsində
+2 səs
3 cavab
soruşub 18 Oktyabrda, 21 anonim Mədəniyyət, İncəsənət bölməsində
+2 səs
4 cavab
soruşub 18 Oktyabrda, 21 anonim Mədəniyyət, İncəsənət bölməsində
+2 səs
2 cavab
soruşub 18 Oktyabrda, 21 anonim Mədəniyyət, İncəsənət bölməsində
+2 səs
3 cavab
soruşub 17 Oktyabrda, 21 anonim Mədəniyyət, İncəsənət bölməsində
...