İnternetdə növündən asılı olmayaraq (mətn, foto, video və s.) bütün məlumat rəqəmli formada verilir. Ötən əsrin 60-cı illərinin ortalarında ABŞ Müdafiə Nazirliyində yaradılan internetdən ilk dövrlərdə hərbçilər, inzibati və elmi mərkəzlər istifadə edirdi. Sonralar internet tədricən daha geniş auditoriya üçün açılmışdır. Hazırda internetin elektron poçt, bank əməliyyatları, videokonfranslar, telemağazalar, forumlar, teletəbabət, sifarişli proqramlar, sosial şəbəkələr və bu kimi xidmət növləri vardır.