+3 səs
123 baxış
İnternet, Kompüter bölməsində

İnternet nədir?

3 Cavab

+1 səs
 
Standartlaşdırılmış protokollardan istifadə edərək geniş in­formasiya və kommunikasiya xidmətləri ­gös­tərən qlobal kompüter şəbəkəsi.

İnternet mə­­­­­lumat mənbəyini və onun isteh­lak­çı­larını vahid informasiya məkanında bir­ləş­di­rir. İnternetdə bütün məlumatlar növündən ası­lı olmayaraq (mətn, səs, foto, video və s.) rəqəmsal formatda verilir. Bu texno­logiya ARPAnet layihəsi çərçivəsində ABŞ Mü­dafiə Nazirliyində yaradılıb və ilk dəfə 1969-cu ilin oktyabrında iki kompüter şə­bəkəsi arasında rabitə seansı keçirilib. Əv­vəllər hərbi, inzibati və elmi mərkəzlərdə tətbiq edilən internet tədricən açıq istifadəyə ve­rilib və dünya informasiya mühitində çev­riliş yaradıb. Özü ayrıca kütləvi informasiya vasitəsi olan internet digər KİV-in inkişafı üçün də geniş imkanlar açıb, yeni media məh­sul­larının və strukturlarının forma­laş­ma­sına səbəb olub. Azərbaycanda internetin is­ti­fadəsinə 1993-cü ildən başlanıb, ilk sayt 1994-cü ildə Azərbaycan Elmlər Aka­de­miyasında yaradılıb.
+1 səs
Bütün dünyada milyonlarla kompüteri vahid informasiya sisteminə birləşdirən kompüter şəbəkəsi.

İnternet müxtəlif növ məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara malik olan qlobal şəbəkədir. 1967-ci ildə Amerikanın Qabaqcıl Tədqiqatlar Agentliyinin APRANET adlanan layihəsi yaradıldı. 1969-cu ildə isə ilk dəfə olaraq bir neçə ştatın universitetinin kompüterləri vahid şəbəkəyə qoşuldu. İnternet bir-biri ilə əlaqədə olan dayaq şəbəkələrdən ibarətdir.
+1 səs
Məlumat mənbəyini və onun istehlakçılarını vahid informasiya məkanında birləşdirən qlobal kompüter şəbəkəsi.

Oxşar suallar

+3 səs
2 cavab
soruşub 03 Martda anonim İnternet, Kompüter bölməsində
0 səs
0 cavab
soruşub 09 Mayda anonim İnternet, Kompüter bölməsində
+1 səs
1 cavab
soruşub 02 Fevralda, 20 anonim İnternet, Kompüter bölməsində
–1 səs
1 cavab
0 səs
2 cavab
soruşub 19 Mayda anonim İnternet, Kompüter bölməsində
...