0 səs
128 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Malakanlar kimdir? 

1 cavab var:

0 səs
Pravoslavlıqdan ayrılmış dini təriqət, eləcə də rusların tərkibində xüsusi etnoqrafik qrup.

Bu təriqət XVIII əsrin 60-cı illərində Tambov quberniyasında yaranıb, sonra Rusiyanın digər bölgələrinə də yayılıb. M. termininin mənşəyi barədə çoxsaylı fərziyyələr var. Bəziləri bu adı M.-ın qida rasionunda südün (rus. молоко) mühüm yer tutması ilə əlaqələndirirlər, digərləri isə onların sürgün edildiyi Melitopol qəzasındakı Moloçnaya çayının adı ilə bağlayırlar. M.-ın özlərinin fikrincə isə həmin termin Bibliyadakı “mənəvi süd” (“духовное молоко”) ifadəsindən yaranıb. M. rəsmi pravoslav kilsəsinin bir sıra ehkamlarına (kilsə mərasim və ayinləri, kilsə iyerarxiyası, rahiblik institutu, müqəddəslər kultu və s.) qarşı çıxdıqları üçün hakimiyyət tərəfindən bidətçi kimi təqib olunublar, Rusiya imperiyasının ucqarlarına, o cümlədən Azərbaycana (əsasən, Şamaxı və Göyçay qəzalarına) sürgün ediliblər.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 19 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 19 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...