0 səs
73 baxış
Gözəllik, Geyim bölməsində

Qorxudan saçlar ağarırmı?

1 cavab var:

0 səs
Bəli, ağarır. Amma bunun niyə baş verdiyi qətiyyən aydın deyil.

Biz heç yaşlı adamların saçının niyə ağardığını da düz əməlli izah edə bilmirikl Amma gəlin, bu barədə birlikdə düşünək.

Saçlar dəri törəməsidir. Onların kökü dərinin içində olur, soğanaq kimi öz “pöhrəsini” yuxarı buraxır. Belə ki, saç hüceyrələri böyüdükcə dəri üzərində görünməyə başlayır, onlar keyfiyyətini dəyişərək buynuz qişasına çevrilir. Saçın ucundakı hüceyrələr daim çoxalır, bir birinin üstündə yeni hüceyrələr əmələ gəlir.

Tük köklərinin hüceyrələri içində elələri var ki, tərkibində piqment olur. Onlar da çoxalır və daim təzələri əmələ gəlir. Tük böyüdükcə məhv olur və içində piqment olan hissəciklər dağılır.

Saçın buynuz maddəsi sarı rəngdədir, piqmentli hissəciklər isə qırmızıdan qara qəhvəyi rəngədək çox müxtəlif olur. Saçın ağdan tutmuş zil qarayadək olan müxtəlif çalarlarının mövcudluğu da elə bununla izah olunur.

Saçın ağarmasının izahlarından biri belədir ki, yaş artdıqca, cürbəcür xəstəliklərdən, narahatlıqlardan, güclü qorxudan tükdəki piqment azalır, saçların rəngi isə boz çalar alır. Digər izah isə belədir ki, güclü stress, mənfi emosiyalar nəticəsində hava hissəcikləri piqment hissəciklərini əvəz edir. Lakin bütün deyilənlərə bax mayaraq, bu hadisənin mexanizmi bizə hələ də aydın deyil.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 25 Yanvarda, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
+1 səs
1 cavab
soruşub 15 Dekabrda, 21 anonim Gözəllik, Geyim bölməsində
0 səs
0 cavab
soruşub 26 Sentyabrda anonim Gözəllik, Geyim bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda anonim Gözəllik, Geyim bölməsində
...