+1 səs
68 baxış
Tibb, Sağlamlıq bölməsində

İnsan niyə gülür? 

1 cavab var:

+1 səs
 
Bir yadınıza salın, elə olub ki, siz Ber: nəsə danışasınız, qulaq asanlarsa gülməsin? Bəs heç vaxt gülümsəməyən, ya dadaim gülən adamları necə, görmüsünüz? Məsələ bundadır ki, biz bədənimizdə baş verən hər hansı bir mexaniki prosesə görə yox, hisslərimizi büruzə verərkən gülürük. Bu gülüş aşkar məmnuniyvətdən də ola bilər, kefimizin köklüyündən də.

Düzdür, gülüşün bir “mexaniki” səbəbi də var bu qıdıqlanmadır. Qıdıqlanmadan əmələ gələn gülüş başqa növ gülüşlərlə əlaqəsi olmayarı bir haldır.

Biz gülərkən qeyri ixtiyari olaraq, öz hisslərimizi büruzə veririk. Bu hisslər yadınıza xoş bir şeyin düşməsiylə, xəyallarımızla, düşüncələrimizlə, yaxud gördüyümüz bir hadisəylə bağlı ola bilər. Bəs yaxşı, adamda gülüş reaksiyasını doğuran nədir?

Bu sualın cavabını psixoloqlar insan davranışını öyrənər şəxslər verir. Alimlərin bu barədə xeyli nəzəriyyələr irəli sürməsinə rəğmən, onların heç biri gülmə hadisəsini tam izah etmir.

Nəzəriyyələrdən biri gülüşü sosial akt hesab edir. Əgər siz təklikdə ekranda gülməli bir şeyə baxırsınızsa, çətin ki, ucadan güləsiniz. Lakin dostlarınızın əhatəsində eyni hal sizdə böyük reaksiya doğura bilər. Ya da başqa bir nümunəni götürək. Xeyli adam bir yerdə əyləşib bir birinə cürbəcür əhvalatlar danışır. Onlar tez tez gülüşürlər. Siz də dostlarınızla bir yerdəsiniz, nə danışdıqlarını eşidirsiniz, amma elə bil onların dəstəsindən deyilsiniz gülmur, bəlkə heç gülümsəmirsiniz də.

Biz gülüşün nədən yarandığı haqda ümumi məlumatlara malikik. Kiminsə yöndəmsiz hərəkəti (məsələn, adamın əlindən nəsə düşür, yaxud gedərkən ayağı sürüşüb yıxılır və sairə) bizi güldürə bilər. Bunu belə izah etmək olar ki, həmin an biz öz üstünlüyümüzü hiss edirik deyə, bir daxili məmnuniyyət yaşayırıq. Gülüş də bizim həmin hisslərimizi ifadə edir. Belə gülüş yumordan doğur. Amma gülüş həm də nifrət ifadə edə bilər. Beləliklə, gülüş bizim hisslərimizin ifadəsi, ətrafımız da baş verən bəzi hadisələrə reaksiyamızdır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 14 Dekabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 15 Dekabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 14 Dekabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
...