+1 səs
25 baxış
Tibb, Sağlamlıq bölməsində

Niyə bəzi insanlar allergiyaya məruz qalır, digərləri yox? 

1 cavab var:

0 səs
Alergiyası olan insanlar bir, yaxud bir neçə şeyə qarşı həssas olurlar.

Bu həm kimyəvi, həm qida, həm bitki maddələri, evdəki toz, yaxud pişik, it, at tükü ola bilər.

Allergik reaksiya doğuran maddələrə allergen deyirlər. Bəs niyə onlar bəzilərinə təsir edir, digərlərinə isə, yox? Tibb elmi bunu hələ izah edə bilmir. Bir çox həkimlər və alimlər düşünürlər ki, burada irsiyyətin böyük rolu var. Bütöv bir ailə var ki, babaları, nənələri, ata anası və onlarm övladları da eyni allergiyadan əziyyət çəkirlər.

Digər tərəfdən, elə ailələr də mövcuddur ki, onların harısısa bir üzvünün konkret maddəyə qarşı allergiyası olur. Belə güman edilir ki, xəstəliyin inkişafında mühüm rolu emosiyalar oynayır. Çox maraqh haldır ki, qorxu, qəzəb və narahatlıq da allergiyaya səbəb ola bilər.

Bəs bu zaman insanın bədənində nə baş verir? Belə hesab edirlər ki, bəzi maddələr orqanizmə düşəndə, müəyyən hüceyrələri məcbur edir ki, anticisimlər adlanan hüceyrələr hazırlasın. İnfeksiyalardan əsas müdafiəni, adətən onlar təşkil edir. Amma allergiya zamanı onlar gözlənilmədən çox xoşagəlməz nəticələrə də gətirib çıxara bilir.

Belə hesab edilir ki, allergen özünün anticismi ilə birləşərək histamin yaradır. Histamin qan damarlarına və ağciyərə tosir edərək allergik reaksiya əmələ gətirir. Lakin həmin bu histamin ya çox az yaranır, ya da bədənin müxtəlif yerlərində lokallaşır deyə, indiyədək bu xəstəlikdən əziyyət çəkən insanların qanında onun izlərini tapmaq mümkün olmayıb.

Odur ki, özünüz görürsünüz, hələ allergiya barədə aydınlaşdırmalı çox şey var, axı bu xəstəlik yer üzündə nə qədər insana əzab verir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 14 Dekabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 14 Dekabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 14 Dekabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...